Günəş Yer kürəsini məhv edəcək? Alim nə qədər vaxtımızın qaldığını açıqladı
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Günəş qırmızı nəhəngə çevriləcək və beş milyard ildən sonra özünə ən yaxın planetləri yandıracaq. Ulduzların təkamülü nəzəriyyəsi belə bir proqnoz verir".
Oxu.Az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçev açıqlama verib.
"Günəş bir ulduzdur və başlanğıcı olan hər şeyin bir sonu da var. Ulduzların təkamülü nəzəriyyəsinə əsasən, beş milyard ildən sonra o, qırmızı nəhəngə çevriləcək, Merkurini, Veneranı və Yer kürəsini yandıracaq. Daha sonra Günəş ağ cırtdana çevriləcək və əgər kainatla bağlı "əbədiyyət" sözünü işlətmək uyğundursa, o zaman faktiki olaraq əbədi bir obyekt halını alacaq", - deyə Sergey Boqaçev bildirib.


