Günəşdə koronal dəlik: Hansı günlər maqnit qasırğası olacaq?
Icma.az, Olke.az saytına istinadən bildirir.
Növbəti iki gün ərzində, iyunun 12-də və 13-də Yer kürəsində geomaqnit şəraitinin pisləşməsi gözlənilir. Buna səbəb artıq bir neçə gündür mütəxəssislərin müşahidəsi altında olan Günəşdəki koronal dəliyin təsiridir.
Ölkə.az oxu.az-a istinadən xəbərinə görə, bu barədə Rusiya Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib.
Vəziyyəti iyunun 11-də səhər baş vermiş uzunmüddətli günəş partlayışı ilə əlaqəli zəif plazma atılması ağırlaşdıra bilər. İlkin hesablamalara görə, yüklü hissəciklər axını iyunun 13-də Yerə çatacaq.
Ayrı-ayrılıqda hər iki hadisə əhəmiyyətsiz görünür: koronal dəlik orta ölçülərə malikdir, plazma atılması isə zəif kimi qiymətləndirilir. Lakin onların birlikdə təsiri G1 səviyyəli maqnit qasırğası yarada bilər ki, bu da beynəlxalq şkala üzrə minimal olsa da, Yerin maqnit sahəsində nəzərəçarpacaq dalğalanmalar üçün yetərlidir.
Eyni zamanda, alimlər qeyd edirlər ki, iyun ayı ümumilikdə nisbətən sakit keçir. Ayın ilk on günündə yalnız iki gün yüksək geomaqnit aktivliyi ilə xarakterizə olunub, qalan günlər isə əlverişli olaraq qalıb. Mütəxəssislər vurğulayırlar ki, mövcud vəziyyət ümumi mənzərəni dəyişmir: Günəşdə aşağı aktivlik vəziyyətini saxlayır, yaxın zamanda genişmiqyaslı geomaqnit dalğalanmalarının əlamətləri isə yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 11 İyun 2026 14:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















