Günəşdən ayrılan zərrəciklər Yerə doğru hərəkət edir FOTO
Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Günəşdə baş verən nadir görülən cüt partlayış nəticəsində Yer kürəsinin maqnit sahəsində ciddi dəyişikliklər müşahidə oluna bilər. ABŞ-nin Milli Okean və Atmosfer İdarəsi (NOAA) bu gün geomaqnit qasırğasının baş verəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, Günəşdən ayrılan və “koronal kütlə atımı” (CME) adlanan yüklü zərrəciklər Yerə doğru hərəkət edir.
Bu parçacıq buludlarının G2 kateqoriyalı geomaqnit fırtınasına səbəb olacağı ehtimal olunur. Bu isə şimal işıqlarının (auroraların) yalnız qütb bölgələrində deyil, daha cənub ərazilərdə də görünməsinə imkan yaradacaq.
CME-lərin təsiri ilə səma hadisələrinin dəqiq baş verəcəyi vaxtı proqnozlaşdırmaq çətindir. Auroraların görünməsi CME-nin daşıdığı maqnit sahəsinin Yer ilə necə qarşılıqlı əlaqəyə girməsindən asılıdır. Əgər bu əlaqə güclü olarsa, səma rəngarəng auroralarla bəzənə bilər. Əks halda, Yerin maqnit sahəsi bu təsirlərə qarşı qalxan rolunu oynayaraq şimal işıqlarının yaranmasının qarşısını ala bilər.
Mütəxəssislər, vəziyyəti yaxından izlədiklərini və aurora müşahidələri üçün əlverişli şəraitin yaranmasının mümkün olduğunu bildiriblər.
Bəsti Rəfizadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 16 Aprel 2025 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















