Icma.az
close
up
RU
Günəşdən Yerə doğru güclü plazma buludu GƏLİR

Günəşdən Yerə doğru güclü plazma buludu GƏLİR

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Mayın 31-i gecə saatlarında Günəşdə bu il müşahidə olunan ən güclü partlayışlardan biri baş verib.

Alimlər deyir ki, bu partlayış nəticəsində yaranan böyük plazma buludu Yerə tərəf yönəlib və iyunun 1-i axşam saatlarında planetimizə çata bilər.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından bildirilib.
Partlayış M8.2 səviyyəsində olub, bu da güc baxımından demək olar ki, ən yüksək “X” sinfinə yaxın bir partlayış deməkdir.

Hadisə Günəşin aktiv zonalarından biri olan 4100-cü bölgədə baş verib. Alimlər hesab edir ki, bu plazma buludu Yerə çatdıqda güclü maqnit qasırğaları baş verə bilər. Hətta bu il üçün rekord sayılacaq qədər güclü “G4” səviyyəsində fırtına ehtimalı var. Daha yüksək “G5” səviyyəsində qasırğa riskinin ehtimalı  2 faizdir.

Qeyd edək ki, Günəş partlayışları rentgen şüalanmasının gücünə görə “A”, “B”, “C”, “M” və “X” olmaqla beş sinfə bölünür. Ən zəifi “A0.0” sinfidir və bu, Yer orbitində kvadrat metrə 10 nanovat gücündə radiasiya deməkdir. Hər yeni sinfə keçid zamanı şüalanma gücü 10 dəfə artır. Belə partlayışlar adətən Günəş plazmasının tullantısı ilə müşayiət olunur. Plazma buludu Yerə çatdıqda maqnit sahəsinə təsir edir və nəticədə maqnit qasırğaları yaranır.

Səbinə Uğur
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 May 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri