Icma.az
close
up
RU
Günəşi qaraltma planı: ABŞ ın gizli iqlim təcrübəsi üzə çıxdı

Günəşi qaraltma planı: ABŞ ın gizli iqlim təcrübəsi üzə çıxdı

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-da bir qrup tədqiqatçı iqlim dəyişikliyi ilə mübarizə məqsədilə "Günəş işığını azaltma" texnologiyaları üzərində milyonlarla dollarlıq gizli bir layihə planlayıb. 

Qaynarinfo "Politico"ya istinadən xəbər verir ki, layihə ictimaiyyətdən və yerli idarəetmələrdən gizli şəkildə aparılıb.

Layihə çərçivəsində okean üzərinə duzlu su aerozolları püskürdürülərək buludların parlaqlaşdırılması və bununla da günəş şüalarının geri əks etdirilməsi planlaşdırılıb. Bu texnologiya, günəş geomühəndisliyi adlanan metodların bir hissəsidir və qlobal istiləşmənin azaldılması hədəflənir.

2023-cü ildə San-Fransisko Körfəzində həyata keçirilən və cəmi 20 dəqiqə davam edən bir sınaq, Vaşinqton Universitetinin rəhbərliyində həyata keçirilib. Bu, daha böyük miqyaslı layihənin ilk addımı idi. Universitetin "Dəniz Buludlarını Parlatma Proqramı” sənədlərinə əsasən, gələcək sınaqların Şimali Amerika, Çili və ya Cənubi Afrikanın qərb sahillərində 10 min kvadrat kilometrə yaxın sahədə keçirilməsi planlaşdırılıb.

Araşdırma qrupunun sınaqları ictimaiyyətə açıqlamamasının əsas səbəbi texnologiyanın hələ erkən mərhələdə olması və ictimai reaksiyalardan qorxulması olub. Araşdırmaçılar sınaqları "xalqı qorxutmamaq üçün” gizli saxladıqlarını etiraf ediblər. Alameda şəhərində sınaq zamanı yerli hakimiyyətə məlumat verilmədiyi üçün layihə şəhər şurası tərəfindən dərhal dayandırılıb.

Şəhər meri Merilin Ezzi Aşkraft bildirib ki, layihə haqqında yalnız "New York Times" məqaləsindən xəbər tutub və buna sərt reaksiya verib. Daha əvvəl, 2021-ci ildə İsveçdə oxşar bir layihə də yerli icmanın məlumatlandırılmaması səbəbilə ləğv edilmişdi.

Günəş geomühəndisliyi texnologiyaları havada dəyişikliklər yarada və kənd təsərrüfatına, ekosistemlərə və insan sağlamlığına təsir edə bilər. Mütəxəssislər bu texnologiyanın qəfil dayandırılmasının "dayanma şoku” adlı kəskin istilik artımına səbəb ola biləcəyini deyirlər. Bu səbəbdən, sadəcə araşdırma aparmaq belə ciddi etirazlara yol aça bilər.

ABŞ Milli Okean və Atmosfer İdarəsi (NOAA) və Enerji Nazirliyi (DOE) bu layihəyə məhdud federal maliyyə dəstəyi versə də, siyasi etirazlar və Alameda sınağındakı uğursuzluq səbəbilə planlanan resurslara çıxış çətinləşib.

Çikaqo Universitetindən professor Deyvid Kit bu cür texnologiyaların araşdırılmasının vacib olduğunu, əks halda heç bir mübahisəli mövzuya toxunmağın mümkün olmayacağını deyir. Bununla belə, 575-dən çox alim, bu texnologiyaların qlobal miqyasda ədalətli və təhlükəsiz idarə oluna bilməyəcəyini əsas gətirərək, günəş geomühəndisliyinin tamamilə qadağan edilməsini tələb edir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 İyul 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see258

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see214

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see199

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see199

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see190

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see183

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see177

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see154

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri