Icma.az
close
up
RU
ABŞ nin Suriya planı üzə çıxdı

ABŞ nin Suriya planı üzə çıxdı

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Səudiyyə Ərəbistanı və ABŞ mərkəzli enerji şirkətləri Suriyanın şimal-şərqində neft və təbii qazın kəşfiyyatı, eləcə də enerji istehsalı fəaliyyəti həyata keçirmək üçün iri konsorsium yaratmağa hazırlaşır.

"Cebheinfo.az" xəbər verir ki, “Reuters”in xüsusi xəbərinə görə, məsələ barədə birbaşa məlumata malik mənbələr bildiriblər ki, Baker Hughes, Hunt Energy və Argent LNG şirkətləri bölgədə təxminən 4-5 kəşfiyyat blokunu əhatə edəcək layihə üçün Səudiyyə Ərəbistanının enerji nəhəngi TAQA ilə tərəfdaşlıq etməyi planlaşdırır.

Reuters daha əvvəl Səudiyyə şirkəti “Acwa”nın da layihəyə qoşulacağını bildirmişdi. Lakin məsələyə yaxın bir mənbə qeyd edib ki, “Acwa” nümayəndələri layihənin müzakirə olunduğu iclaslarda iştirak etsələr də, birbaşa tərəfdaşlıq planlaşdırmırlar.

“Acwa” tərəfindən verilən açıqlamada deyilir:

“Suriyada qısa müddət əvvəl elan etdiyimiz Birgə İnkişaf Sazişi yalnız suyun təmizlənməsi və su nəqli layihələrini əhatə edir”.

Suriyanın ənənəvi neft hasilatı mərkəzi hesab olunan şərq bölgəsi yaxın zamana qədər kürdlərin rəhbərlik etdiyi Demokratik Suriya Qüvvələrinin (SDQ) nəzarətində idi.

SDQ ötən ay hökumət qüvvələrinin irəliləyişindən sonra dövlət strukturlarına inteqrasiyanı nəzərdə tutan razılaşma imzalamışdı.

Şaraa hökumətinin əsas dəstəkçilərindən olan Səudiyyə Ərəbistanı ötən həftə sonu Suriyanın nəqliyyat, infrastruktur və telekommunikasiya sektorlarına milyardlarla dollar sərmayə yatıracağını açıqlamışdı.

Bundan əlavə, ötən həftə ABŞ-nin enerji nəhəngi “Chevron” Suriyanın sahil zolağında təbii qaz axtarışı aparmaq üçün Qətərin “UCC Holding” şirkəti ilə ilkin razılaşma imzalayıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Fevral 2026 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see380

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see321

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see310

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see248

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see242

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see241

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see239

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see237

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see221

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see218

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see213

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see211

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see211

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see208

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see206

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see206

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see196

Dünən bişirilən yeməyi bu gün yemək olarmı?

22 Noyabr 2026 04:06see195

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri