Günəşin istilik təsirini azaltmaq mümkün olacaq Alimlər
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Stardust şirkəti Günəşin parlaqlığını azaltmaqla Yer kürəsinin temperaturunu aşağı salmağı planlaşdırır.
Avtosfer.az xəbər verir ki, bu barədə New Yorker jurnalı məlumat yayıb.
Şirkət bu ideyanı vulkan püskürmələrindən ilhamlanaraq hazırlayıb: milyonlarla ton kükürd dioksidi Günəş şüalarını əks etdirərək kosmosa geri qaytarır və beləliklə, planetin səth temperaturu azalır.
Stardust bu yanaşmanı “Günəş işığını əks etdirən texnologiya” və ya geoinjeneriya adlandırıb. Jurnalın məlumatına görə, bu fikir uzun illər müzakirə olunub, amma şirkət onu böyük, lakin “təhlükəli addım” kimi həyata keçirməyə çalışır.
Planına görə, innovativ hissəciklər buludların üzərinə səpələnəcək və orada bir növ güzgü effekti yaradaraq Günəşin istilik təsirini azaldacaq.
Bununla belə, alimlər hissəciklərin tərkibini açıqlamayıb, amma vurğulayıblar ki, onlar tamamilə insanlara və ekosistemlərə təhlükəsizdir. Şirkətin həmtəsisçisi Yanay Yedvab bildirib ki, onlar texnologiyanı öz gücləri ilə həyata keçirməyi planlaşdırmırlar, çünki bunun üçün böyük xərclər və resurslar tələb olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 23 Noyabr 2025 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















