Icma.az
close
up
RU
Güney Azərbaycan “ölüm zonası”na çevriləcək Britaniyadan SENSASİYA

Güney Azərbaycan “ölüm zonası”na çevriləcək Britaniyadan SENSASİYA

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Globalinfo.az dünyanın birinci dərəcəli gündəm mövzusu olan İran–İsrail müharibəsinin 9-cu günündə maraq doğuran bir sıra məqamlarla bağlı britaniyalı ekspertlərdən şərh alıb.

Britaniyalı politoloq Neil Vatson hesab edir ki, bu savaşda milli maraqlar üstün gələcək:

“ABŞ müharibədə birbaşa iştirak etmək istəmir. Prezident Tramp ərəb ölkələri ilə bir çox işgüzar sövdələşmələr bağlayıb və onların müttəfiqidir. Bununla belə, o, yəhudi mənşəli amerikalıları sakitləşdirməli olacaq”.

Ekspertin sözlərinə görə, Rusiya Ukraynaya başı qarışdığı üçün və onun silahlarından istifadə edən İranla uzunmüddətli müttəfiqliyinə görə birbaşa müdaxiləyə çalışmayacaq:

“Müharibə getdikcə genişlənərsə Çin müştərilərini və sifarişçilərini itirəcək. Bu zaman qoşulmamaq statusunu saxlamaq onun üçün çətin olacaq”.

Britaniyalı politoloq həmçinin, ölkəsinin belə bir riskli müharibəyə qoşulacağını düşünmür:

“Böyük Britaniyanın silahlanması bir neçə dəfə azaldılıb. Onun müharibəyə cəlb olunması üçün heç bir səbəb yoxdur və nəticədə heç nə qazanmayacaq”.

N.Vatson hesab edir ki, İran münasib zamanda normallaşmaya qayıtmağa çalışacaq və danışıqları onun istədiyi istiqamətdə aparmağa məcbur etmək üçün müəyyən qədər oyun oynayır. O, İran rejiminin devriləcəyinə inanmadığını deyir:

“Çünki çoxlu tərəflər, o cümlədən Rusiya da onun qalmasını istəyir. Bununla belə, hər hansı bir çevriliş baş versəydi, güney azərbaycanlılar istənilən gələcək rejim tərəfindən sıxışdırılacaqdılar, çünki onlar sayca çoxdur və digər etnik qruplara nisbətən daha çox muxtariyyət istəyirlər. Təbii ki, bütün türk xalqlarını sevməyən kürdlərdən onlara qarşı istifadə olunacaq və bunun Azərbaycan, azərbaycanlılar və Türkiyə üçün müəyyən nəticələri ola bilər. Amma bu baş verməyəcək”.

İrlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş isə düşünür ki, Tramp ilk növbədə İsrai-İran münaqişəsinə görə narahatdır, baxmayaraq ki, bunun Rusiya və Çinlə münasibətdə geosiyasi baxımdan ciddi təsirləri var:

“ABŞ-ın İrana hər hansı hücumu çox mənfi nəticələnəcək və Trampın Rusiya və Çinlə anlaşmalarında çətinlik yaradacaq. Bu, onun tərəddüd etməsinin bir səbəbidir. Tramp İranla razılaşma əldə etmək istəyir. Əgər bunu bacararsa, bu, sabiq ABŞ prezidenti Obama ilə razılaşmanın inkişaf etdirilməsi olacaq. Lakin Tramp çətin ki, ABŞ İrana qarşı birbaşa müharibəyə daxil olmadan bu məsələdə Obamadan ciddi fərqlənəcək nəsə əldə etsin”.

O qeyd edib ki, İsrail İranda rejimin dəyişməsini deyil, rejimin dağılmasını istəyir:

“Sabit, Qərb yönümlü İran İsrailin marağında deyil. İsrail ABŞ-ın dəstəyindən çox asılıdır və İran kimi düşməni olmasa, bu dəstək azalacaq. İsrailə İranın düşmən olması lazımdır və yaxşı olar ki, Tehranın əlində atom bombası olmasın. ABŞ-ın İranla bağlı planı yoxdur. Ona görə də çox güman ki, İran hökuməti yıxılarsa, bura ikinci Suriya olacaq”.

P.Uolşun sözlərinə görə, İsrail Türkiyənin Güney Azərbaycanda təsirinin qarşısını almaq üçün kürdlərlə müttəfiq olacaq və bura “ölüm zonası”na çevriləcək:

“İran dağılacağı təqdirdə İsrailin əsas rəqibi Türkiyə olacaq və bu, mənim fikrimcə, İsrail–Azərbaycan münasibətlərini kökündən dəyişəcək. Kissincerin dediyi kimi, dövlətlərin dostu yoxdur, yalnız maraqları var”.

P.Uolş İran Xarici İşlər naziri Abbas Arakçinin türkiyəli həmkarı Hakan Fidanla görüşü barədə də fikir bildirib.

Ekspert hesab edir ki, Türkiyə və İran xarici işlər nazirləri regiondakı “İsrail problemini” müzakirə ediblər:

“İsrail müharibələri əvvəllər antaqonist olan müsəlman dövlətlərini bir araya gətirdi, çünki onlar regional qeyri-sabitlik, fələstinlilərin acınacaqlı vəziyyətinə məyusluğun artması, əhalinin köçürülməsi, İsrailin xüsusilə 7 oktyabr 2023-cü il tarixindən etibarən təcavüzkar siyasətində cəlb etdiyi müxalif qruplardan, məsələn, kürd silahlılarından istifadə kimi ümumi problemlərlə üzləşiblər”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 İyun 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri