Icma.az
close
up
RU
İsrail kürdlərlə müttəfiq olacaq, Güney Azərbaycan “ölüm zonası”na çevriləcək Britaniyadan SENSASİYA

İsrail kürdlərlə müttəfiq olacaq, Güney Azərbaycan “ölüm zonası”na çevriləcək Britaniyadan SENSASİYA

Turkstan.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Globalinfo.az dünyanın birinci dərəcəli gündəm mövzusu olan İran-İsrail müharibəsinin 9-cu günündə maraq doğuran bir sıra məqamlarla bağlı britaniyalı ekspertlərdən şərh alıb.

Britaniyalı politoloq Neil Vatson hesab edir ki, bu savaşda milli maraqlar üstün gələcək:

“ABŞ müharibədə birbaşa iştirak etmək istəmir. Prezident Tramp ərəb ölkələri ilə bir çox işgüzar sövdələşmələr bağlayıb və onların müttəfiqidir. Bununla belə, o, yəhudi mənşəli amerikalıları sakitləşdirməli olacaq”.

Ekspertin sözlərinə görə, Rusiya Ukraynaya başı qarışdığı üçün və onun silahlarından istifadə edən İranla uzunmüddətli müttəfiqliyinə görə birbaşa müdaxiləyə çalışmayacaq:

“Müharibə getdikcə genişlənərsə Çin müştərilərini və sifarişçilərini itirəcək. Bu zaman qoşulmamaq statusunu saxlamaq onun üçün çətin olacaq”.

Britaniyalı politoloq həmçinin, ölkəsinin belə bir riskli müharibəyə qoşulacağını düşünmür:

“Böyük Britaniyanın silahlanması bir neçə dəfə azaldılıb. Onun müharibəyə cəlb olunması üçün heç bir səbəb yoxdur və nəticədə heç nə qazanmayacaq”.

N.Vatson hesab edir ki, İran münasib zamanda normallaşmaya qayıtmağa çalışacaq və danışıqları onun istədiyi istiqamətdə aparmağa məcbur etmək üçün müəyyən qədər oyun oynayır. O, İran rejiminin devriləcəyinə inanmadığını deyir:

“Çünki çoxlu tərəflər, o cümlədən Rusiya da onun qalmasını istəyir. Bununla belə, hər hansı bir çevriliş baş versəydi, güney azərbaycanlılar istənilən gələcək rejim tərəfindən sıxışdırılacaqdılar, çünki onlar sayca çoxdur və digər etnik qruplara nisbətən daha çox muxtariyyət istəyirlər. Təbii ki, bütün türk xalqlarını sevməyən kürdlərdən onlara qarşı istifadə olunacaq və bunun Azərbaycan, azərbaycanlılar və Türkiyə üçün müəyyən nəticələri ola bilər. Amma bu baş verməyəcək”.

İrlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş isə düşünür ki, Tramp ilk növbədə İsrai-İran münaqişəsinə görə narahatdır, baxmayaraq ki, bunun Rusiya və Çinlə münasibətdə geosiyasi baxımdan ciddi təsirləri var:

“ABŞ-ın İrana hər hansı hücumu çox mənfi nəticələnəcək və Trampın Rusiya və Çinlə anlaşmalarında çətinlik yaradacaq. Bu, onun tərəddüd etməsinin bir səbəbidir. Tramp İranla razılaşma əldə etmək istəyir. Əgər bunu bacararsa, bu, sabiq ABŞ prezidenti Obama ilə razılaşmanın inkişaf etdirilməsi olacaq. Lakin Tramp çətin ki, ABŞ İrana qarşı birbaşa müharibəyə daxil olmadan bu məsələdə Obamadan ciddi fərqlənəcək nəsə əldə etsin”.

O qeyd edib ki, İsrail İranda rejimin dəyişməsini deyil, rejimin dağılmasını istəyir:

“Sabit, Qərb yönümlü İran İsrailin marağında deyil. İsrail ABŞ-ın dəstəyindən çox asılıdır və İran kimi düşməni olmasa, bu dəstək azalacaq. İsrailə İranın düşmən olması lazımdır və yaxşı olar ki, Tehranın əlində atom bombası olmasın. ABŞ-ın İranla bağlı planı yoxdur. Ona görə də çox güman ki, İran hökuməti yıxılarsa, bura ikinci Suriya olacaq”.

P.Uolşun sözlərinə görə, İsrail Türkiyənin Güney Azərbaycanda təsirinin qarşısını almaq üçün kürdlərlə müttəfiq olacaq və bura “ölüm zonası”na çevriləcək:

“İran dağılacağı təqdirdə İsrailin əsas rəqibi Türkiyə olacaq və bu, mənim fikrimcə, İsrail-Azərbaycan münasibətlərini kökündən dəyişəcək. Kissincerin dediyi kimi, dövlətlərin dostu yoxdur, yalnız maraqları var”.

P.Uolş İran Xarici İşlər naziri Abbas Arakçinin türkiyəli həmkarı Hakan Fidanla görüşü barədə də fikir bildirib.

Ekspert hesab edir ki, Türkiyə və İran xarici işlər nazirləri regiondakı “İsrail problemini” müzakirə ediblər:

“İsrail müharibələri əvvəllər antaqonist olan müsəlman dövlətlərini bir araya gətirdi, çünki onlar regional qeyri-sabitlik, fələstinlilərin acınacaqlı vəziyyətinə məyusluğun artması, əhalinin köçürülməsi, İsrailin xüsusilə 7 oktyabr 2023-cü il tarixindən etibarən təcavüzkar siyasətində cəlb etdiyi müxalif qruplardan, məsələn, kürd silahlılarından istifadə kimi ümumi problemlərlə üzləşiblər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 22 İyun 2025 08:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri