Icma.az
close
up
RU
Güney Azərbaycan şah istəyirmi?

Güney Azərbaycan şah istəyirmi?

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kubra Məhərrəmova yazır...

İranda baş verənlərə nə ad qoysaq da nəticə dəyişmir. İran İslam rejimi yarandığı gündən ən böyük sarsıntı və böhran içindədir.

İlk günlər buna küçə hərəkatı, etiraz aksiyası adı verilsə də, dinc insanlara qarşı İran İslam rejiminin silah istifadə etməsi artıq bunun üsyana çevrilməsindən xəbər verir.

SEPAH və Bəsic qüvvələrinin dinc insanlara qarşı keçirdiyi əməliyyatlarda nə qədər insanın həyatını itirdiyi barədə məlumat əldə etmək çox çətindir. İran dünyanın düz vaxtı qapalı ölkə olub, o ki qala indi... Ölənlərin sayı isə 200-dən 500-ə qədər dəyişir. İnternet imkanlarının tam məhdudlaşdırılması səbəbindən İrandan gələn videoların sayı əhəmiyyətli dərəcədə azalıb.

İlon Maskın İran etirazçıları üçün təqdim etdiyi peyk interneti "Starlink" də ölkə ərazisində bloklanıb. Bu işdə İran rejiminə Çin və Rusiya mütəxəssisləri kömək ediblər. Rusiya İrana avadanlıq təqdim edib, Çin isə texniki təlimatlar verib.

İnternetdən savayı İran rejimi həm də ölkəxarici əlaqəni təmin edəcək telefon xətlərini belə bağlayıb. Tam bir məlumat vakuumu yaradıb. İçəridə cəhənnəm yaşansa belə, dünya bunu yalnız bir müddət sonra biləcək.

Lakin repressiya, kütləvi həbslər, qətllər hələ ki, etiraz edənlərin azalmasına zəmin yaratmır.

İranla əlaqələri olanlar deyirlər ki, "insanlar evdən çıxanda vəsiyyət edib çıxırlar". Çünki geri qayıtmamaq kimi sonluğun olacağını qəbul ediblər.

İran xalqı bəlkə də sonuncu döyüşə çıxıb. İran çoxmillətli, çoxlu etnik qruplardan ibarət böyük ərazini əhatə edən ölkədir. Ölkə əhalisinin böyük hissəsini isə Azərbaycan türkləri təşkil edir.

Dəqiq rəqəmlər olmadığına görə rəqəmlər 30-45 milyon ətrafında söylənilir. Baş verənlər fonunda etiraza Güney Azərbaycanın qoşulmaması və rejimə qarşı çıxmaması haqqında şayiələr gəzməkdədir. Diqqətinizə çatdırım ki, Güney Azərbaycanın şəhərləri də bu hərəkata qoşulublar. Lakin öz tələbləri ilə.

Rejimə yaxın çevrələr və xaricdəki bəzi siyasi qruplar isə etirazların mahiyyətini təhrif etməyə çalışaraq məsələni qəsdən başqa istiqamətə yönəldirlər. Güney Azərbaycan, millətçi və türkçü icma, doğrudan da şah rejiminin geri qayıtmasını istəyir?

Güney Azərbaycan milli oyanış hərəkatının sözçüsü Ağrı Qaradağlı deyir ki, "Artıq Təbrizdə iki gündür etirazların qığılcımları başlayır. Bizim istəyimiz, dediyim kimi Güney Azərbaycan xalqının mənafeyidir. Güney Azərbaycanda olan etirazlarda dəfələrlə deyilib ki, nə şahçıyıq, nə şeyxçi, millətçiyik, millətçi: "İranda 100 ildə, bir əsrdə dörd inqilab olub və bu inqilabların hamısının başında azərbaycanlılar gediblər. Amma mərkəz gücləndikdən sonra ilk olaraq elə oradakı azərbaycanlıların başını kəsiblər. Ona görə də, bu dəfə artıq çox düşünüb davam etmək lazımdır ki, ən azından çox az əvəz ödəyərək bu məsələdən qalib çıxaq".

Siyasi fəal, Təbrizli Əlirza Zamanı isə belə deyir:

"Bilirsiniz ki, azərbaycanlıların Pəhləvilər sülaləsindən çox ciddi narazılığı vardı və o dövrü görən insanların bir çoxu yaşayır, həyatdadır. Onlar çox gözəl bilirlər ki, həmin dövr onlar üçün nə dərəcədə çətin və acınacaqlı olub. Ona görə onların yenidən hakimiyyətə gəlməsini heç vaxt istəməzlər".

Güney azərbaycanlıların bu dəfə ehtiyatlı və məntiqli davranmasında həqiqətən də fayda var.

Tarixi xronologiyaya nəzər salanda görərik ki, İranda şah rejiminin hakimiyyəti illərində (1925-1979-cu illərdə) Pəhləvi sülaləsi fars millətçiliyini təbliğ edirdi.

Şah dövründə Azərbaycan türkləri dilinə, milli kimliyinə və milli düşüncəsinə görə sistemli şəkildə təqib olunub, ağır təzyiqlərə məruz qalıb və üzərlərində genişmiqyaslı qadağa və məhdudiyyətlər tətbiq edilib. Bundan savayı şah hakimiyyəti Azərbaycan türklərinə qarşı xüsusi amansızlıqla repressiya vasitələrindən istifadə edərək, onların azadlıq əzmini qırmağa çalışıb. İslam İnqilabından sonra da Güney Azərbaycan üçün heç nə dəyişmədi. Repressiyalar, siyasi qətllər, dilin və milli kimliyin fars-molla rejimi tərəfindən planlı və sistemli şəkildə silinməsi siyasəti daha amansız formada davam etdirirdi.

Təbii ki, bu hadisələr heç kimin yadından çıxmayıb. Bu gün Güney Azərbaycan nə şahı, nə də mollanı istəmir. Güney Azərbaycan öz məqsədini güdür.

Bu gün də İran rejimi etnik azərbaycanlılardan, Güney Azərbaycandan qorxur.

Rejim anlayır ki, Cənubi Azərbaycan bütünlüklə ayağa qalxsa, bu, fars-molla rejiminin sonu deməkdir. Lakin Güney Azərbaycan bu gün heç kimin əlində silah olmaq istəmir. O gücünü, resursunu özünə sərf etməkdə iddialıdır. Okeanın o tayında özünü "şah" elan edən Pəhləvi isə Güney Azərbaycan üçün sayılacaq fiqur deyil.

Bu an üçün Güney Azərbaycan proseslərdə iştirak etsə də, gözləmə mövqeyindədir. Ortada vahid liderin olmaması, etirazların xaotik olması prosesi xeyli ləngidir. Nəzərə almalıyıq ki, İranda hələ kütləvi tətillər başlamayıb. İnsanlar gecələr küçələrə, səhərlər isə işə çıxırlar. Bu isə iqtisadiyyatı az da olsa ayaqda saxlayır. Hadisələrin bu qaydada gedişatı isə naməlum nəticələr verə bilər.

Ekspertlərin fikrincə, Güney Azərbaycan üçün ən yaxşı variant muxtariyyətin əldə olunmasıdır. Çin, İraq-Kürdistan, İspaniya-Kataloniya təcrübəsi göstərir ki, etnik hərəkat, strateji plan, daxili təşkilatlanma və beynəlxalq dəstəklə bunu əldə etmək mümkündür.

Bu dəfə Güney Azərbaycan reaktiv deyil, proaktivdir. Tələsik hərəkət etmir, impulsiv qərarlar vermir. Strateji səbir və hesablamayla, həm daxili, həm də xarici imkanları nəzərə alaraq öz taleyini formalaşdırır.

Bu mövqe onu fars-molla rejimi üçün təhlükəli güc faktoruna çevirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Yanvar 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see338

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see270

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see234

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see227

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see199

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see190

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see189

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see184

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see184

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see182

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see181

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see179

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see178

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see171

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see166

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see165

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see164

Argentina İspaniya finalı 19/7/4 rəqəmlərinin sirri

19 İyul 2026 00:42see164

Runi Holanda mərcdə uduzdu və avarçəkənliyə başladı VİDEO

19 İyul 2026 04:16see157

Kim olmasından asılı olmayaraq, addım atırıq Rusiya rəsmisindən Ermənistan qərarı

19 İyul 2026 00:39see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri