Icma.az
close
up
RU
Güney Azərbaycan müharibənin içində

Güney Azərbaycan müharibənin içində

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaxın Şərqdə gedən müharibə artıq coğrafi sərhədləri aşır. ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar yalnız strateji obyektlərlə məhdudlaşmır. Zərbələrin coğrafiyası genişlənir və bu genişlənmə İranın şimal-qərb bölgələrini, o cümlədən Güney Azərbaycanı da birbaşa risk zonasına daxil edir.

Bu, ehtimal deyil. Bu, artıq faktlarla təsdiqlənən reallıqdır.

"Middle East Eye" saytı İranın Iranian Students’ News Agency (İSNA) agentliyinə istinadən xəbər verir ki: “A US-Israeli strike killed at least six people and injured nine in one of the residential areas of East Azerbaijan Province.” (ABŞ-İsrail zərbəsi Şərqi Azərbaycan vilayətində yaşayış məntəqələrindən birində azı 6 nəfərin ölümünə, 9 nəfərin yaralanmasına səbəb olub.)

Məlumata görə, zərbə Ermənistan, Azərbaycan və Türkiyə sərhədlərinə yaxın yerləşən Şəhid Müfəttəh bölgəsinə endirilib: “…the strike hit the Shahid Mofatteh region of the province…”

Bu fakt artıq bir şeyi dəyişir. Müharibə yalnız cəbhədə getmir. O, yaşayış zonalarına daxil olub.

Beynəlxalq mediada yayılan digər məlumatlar da göstərir ki, hücumların əsas istiqaməti İranın qərb və şimal-qərb bölgələridir. Bu bölgələrdə hərbi infrastrukturlar, raket sistemləri və logistika xətləri yerləşir. Lakin bu coğrafiya eyni zamanda sıx məskunlaşmış mülki əraziləri də əhatə edir. Bu isə Güney Azərbaycanın artıq müharibənin periferiyasında deyil, onun içində olduğunu göstərir.

Təbrizlə bağlı xəbərlərin artması da bu kontekstdə diqqət çəkir. Şəhər və ətraf ərazilərlə bağlı partlayış səsləri, hava hücumları və hərbi obyektlərin hədəf alınması barədə məlumatlar dövri şəkildə yayılır. Bu məlumatların hamısı təsdiqlənməsə də, onların tezliyi və istiqaməti regionda təhlükənin real olduğunu göstərir.

Ən ciddi məsələ isə mülki itkilərlə bağlıdır. Müxtəlif beynəlxalq mənbələr İranda son hərbi əməliyyatlar nəticəsində ölənlərin sayının yüzlərlə, bəzi hallarda isə min nəfəri keçdiyini bildirir. Bu rəqəmlərin içərisində mülki şəxslərin və uşaqların olduğu da qeyd olunur. Lakin bu statistika ümumidir. Əsas sual isə cavabsız qalır.
Güney Azərbaycanda bu müharibə nəticəsində nə qədər insan həyatını itirib?
Bu suala hazırda beynəlxalq mediada dəqiq və sistemli cavab yoxdur. Bu, sadəcə məlumat çatışmazlığı deyil. Bu, informasiya boşluğudur. Bu isə real mənzərənin hələ tam görünmədiyini göstərir.
Güney Azərbaycan eyni zamanda yalnız hərbi risk zonası deyil. O, strateji keçid nöqtəsidir. Türkiyə, Azərbaycan və İranın kəsişdiyi bu coğrafiya gələcək nəqliyyat dəhlizləri, enerji xətləri və siyasi əlaqələr baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu səbəbdən burada baş verənlər təkcə lokal hadisə kimi qiymətləndirilə bilməz. Bu, daha böyük geosiyasi prosesin tərkib hissəsidir.
Güney Azərbaycan artıq kənardan izlənilən region deyil. O, müharibənin birbaşa təsirinə məruz qalan ərazidir. Və ən təhlükəlisi odur ki, bu proses baş verərkən onun real miqyası hələ tam şəkildə ortaya çıxmayıb...

Elbəyi HƏSƏNLİ, Sürix

//www.middleeasteye.net/live-blog/live-blog-update/six-people-killed-us-israeli-strike-east-azerbaijan-report-says?topic=War%2520on%2520Iran&nid=434266&fid=553371&fbclid=IwY2xjawQvTV1leHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEeN6hwhJHmEnkXCGNbnF8hVnDzg_PiabmfHW6eaPVjIR_zpr2Oo6GGFz9bLls_aem_UDIr4zcUkit8Spf7ipgI8w

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Mart 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri