Icma.az
close
up
RU
Güney Azərbaycanda yenidən etiraz aksiyaları başlayacaq?

Güney Azərbaycanda yenidən etiraz aksiyaları başlayacaq?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ötən əsrin 90-cı və 2000-ci illərin əvvəllərində Güney Azərbaycanda güclü xalq hərəkat vardı".

Bu sözləri Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli "Cebheinfo.az"-a açıqlamasında deyib.

O xatırladıb ki, Bəzz qalası yürüşlərində yüz minlərlə insan iştirak edirdi:

"Həmin hərəkatın kulminasiya nöqtəsi 2006-cı ilin mayında baş vermiş “milli qiyam” oldu. Təəssüf ki, həmin tempi qoruyub saxlaya bilmədik".

Onun sözlərinə görə, İranın Yaxın Şərqdəki məğlubiyyəti Güney Azərbaycan Milli Oyanış Hərəkatını gücləndirən faktora çevrilə bilər:

"İran may qiyamından dərs çıxardı. Şiə ideologiyasını həm güneydə, həm quzeydə gücləndirdi. İraqda, Suriya, Livanda “qalalar” qurdu, şiə ayparası yaratdı. Lakin ötən il İranın siyasəti iflasa uğradı. İsrail Yaxın Şərqdə, Türkiyə isə Suriyada İrana üstün gəldi. 

Quzey Azərbaycanda da İranın təxribat yuvalarına ciddi zərbələr vurulub. 

Hazırda bölgədə İranın dəstəklədiyi dini ideologiya enişdə, türk islam xətti yüksəlişdədir. Biz də bu xəttə dəstək verməliyik. Bu xətti Türkiyə ilə birgə aparmalıyıq".

Həmsöhbətimiz qeyd edib ki, Güney Azərbaycanın qurtuluşu İranın türk islam dünyası üçün zərərli hakim ideologiyasının məhv edilməsindədir:

"Tarixi təcrübə göstərir ki, bu ideologiya tam məhv olmayacaq, amma biz onu İranın içərilərinə - fars əyalətlərinə qədər sıxışdırmalıyıq. 

Təbrizli, ərdəbilli, həmədanlı gənc bizim kimi düşünməsə, türk islam dünyasına bizim kimi yanaşmasa, Qum mollalarının təsirindən çıxmasa, Güney Azərbaycanın qurtuluşu çətin olacaq. Biz milli ideologiyanı türk düşüncəsini Güneydə yaymalıyıq. Bunun üçün bütün resurslar səfərbər edilməlidir”.

Elman Cəfərli bildirib ki, İrana siyasi təsir mümkün olmadığından mədəni əlaqələri inkişaf etdirməli, Arazın o tayında Azərbaycan dilini, mədəniyyətini təbliğ edən insanları tapıb üzə çıxarmalı, tanıtdırmalı və Bakıya dəvət etməliyik:

"Son vaxtlar güneyli şairlər, aşıqlar Bakıya dəvət edilir və onların konsert proqramları təşkil edilir. Bu, yaxşı haldır. Güneyli şairləri və yazıçıları da bu tayda tanıtdırmalıyıq. 

Çünki onlar Azərbaycan dilinin könüllü emissarlar və milli mədəniyyətimizin fədailəridir".

Elmir Mustafa
"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:232
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri