Icma.az
close
up
RU
Güney Azərbaycandan COP29un təşkilatçılarına Müraciət

Güney Azərbaycandan COP29un təşkilatçılarına Müraciət

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Güney Azərbaycanın bir qrup ekofəalı, o cümlədən ictimai və siyasi aktivistləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının iştirakçılarına və təşkilatçısına müraciət ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Axar.az məlumat yayıb.
Müraciətin mətnində deyilir:
“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının hörmətli iştirakçıları və təşkilatçısı, sizi salamlayırıq. Qlobal ətraf mühitin qorunması və dəstəklənməsi yolunda sizə uğurlar arzulayırıq!
Bütün bəşəriyyətin ortaq sərvəti olan ətraf mühitin qorunması üçün İranın məsuliyyətsiz hakimiyyətinin Güney Azərbaycanda yaratdığı əsas ətraf mühit problemlərini hazırda Azərbaycan Respublikasının ev sahibliyi etdiyi COP29 Sammitinin iştirakçılarına çatdırmaq istərdik:
1. İran hökuməti tərəfindən Urmiya gölünün qəsdən qurudulmasının qarşısı alınmalıdır.
Bu, ilk növbədə göl ətrafında yaşayan 15 milyon insanın həyatını birbaşa təhdid edir və mütəxəssislərin proqnozlarına görə, növbəti mərhələdə 500 km radiusda duz fırtınasının yaratdığı potensial təhlükə olacaqdır;
2. Ermənistanın Metsamor atom elektrik stansiyasından Araz çayına atılan kimyəvi və radioaktiv tullantıların qarşısının alınmalıdır.
Bu tullantılar cənub bölgələrində yaşayanlar arasında geniş yayılmış ağciyər, həzm və dəri xərçənglərinin artmasına səbəb olub. Bu çirklənmə Xəzər dənizinə də təsir göstərir və qarşıdakı dövrdə ekoloji təsirlərinin daha da ağırlaşacağı gözlənilir;
3. Təbriz və Binab şəhərlərindəki elektrik stansiyalarında mazutdan dərhal imtina edilməlidir.
Halbuki İsfahan, Ərak, Tehran və İranın digər bölgələrindəki elektrik stansiyaları mazutdan deyil, təbii qazdan istifadə edir;
4. İran hökumətinə Qaradağ bölgəsində yerləşən Süngün mis yataqlarında, Qərbi Azərbaycanın Tikantəpə bölgəsində yerləşən Zərşuran qızıl yataqlarında, Zəncan və Güney Azərbaycanın digər bölgələrində istismar məqsədilə həddindən artıq sionid istifadə edilməsi ilə bağlı xəbərdarlıq edilməlidir.
Bu, həmin ərazilərdə xəstəliklərin artmasına və ətraf mühitə geridönməz ziyanlar vurulmasına səbəb olub;
5. Ətraf mühit fəallarına qarşı əsassız ittihamlarla cəza tədbirləri dayandırılmalıdır.
İranda ətraf mühit fəalları “casusluq” və “xarici ölkələrlə əlaqə” kimi əsassız ittihamlarla həbs edilirlər.
Ümid edirik ki, bu məktub vasitəsilə Güney Azərbaycanın ətraf mühit problemləri və tələbləri COP29 iştirakçılarının, xüsusən sammitin ev sahibi olan cənab Prezident İlham Əliyevin nəzərinə çatdırılacaqdır. Çox istərdik ki, dünyanın ekofəalları, iqlim dəyişikliyinə qarşı mübarizə aparan ölkələr səsimizə səs versinlər”.
Məktubu çoxsaylı ekofəal, ictimai xadim və siyasi birlik sədrləri imzalayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 15 Noyabr 2024 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see421

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see332

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see244

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see237

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see228

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see219

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see217

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see216

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see212

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see194

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see193

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see187

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see184

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see182

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see180

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri