Icma.az
close
up
RU
Azərbaycandan Marko Rubioya müraciət olundu

Azərbaycandan Marko Rubioya müraciət olundu

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Azərbaycan QHT-ləri ABŞ Dövlət katibi Marko Rubioya müraciət edib.

Axar.az xəbər verir ki, müraciətdə qeyd olunur:

"Hörmətli ABŞ Dövlət katibi Marko Rubio!

Sizə məktub ünvanlamış bir qrup ABŞ konqresmeninin Azərbaycanın suveren əraziləri mövzusunda riyakarlığı, Azərbaycan və Ermənistan arasında sülh prosesinə qarşı fəaliyyəti Azərbaycan ictimaiyyətində kəskin hiddət doğurub. Biz bu cür birtərəfli yanaşmaları rədd edirik.

Hesab edirik ki, Bayden-Blinken dövrünün ermənipərəst simaları, faktiki olaraq, ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülh səylərinə qarşı açıq təxribata əl atıblar.

Bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində görüş keçiriblər. Artıq Azərbaycan və Ermənistanın sülh müqaviləsinin mətnini razılaşdırıldığı bildirilir. Sülh prosesini irəli aparmaq üçün ciddi, çətin iş davam etdirilir. Bir qrup ABŞ konqresmenin çağırışları isə bu prosesə mane olmaq, onu əngəlləmək cəhdindən başqa bir şey deyil. Onlar hər vəchlə süni gərginlik, regionda yenidən münaqişə ocağı yaratmağa çalışırlar.

Regiona aidiyyəti olmayan, məsələlərdən xəbərsiz şəxslərin ABŞ-dakı erməni lobbisinin maddi həvəsləndirmələri müqabilində məsuliyyətsiz bəyanatlara imza atması təəssüf doğurur. Bu cür şəxsləri Azərbaycan ictimaiyyəti yaxşı tanıyır, onlar Ermənistanın Azərbaycana qarşı işğalına, günahsız insanların qanının tökülməsinə, Xocalı soyqırımına susublar, təcavüzkarın yanında olublar. Bu gün də onlar Azərbaycan xalqının qanını tökmüş müharibə cinayətkarlarının mühakimə edilməməsi üçün dəridən-qabıqdan çıxırlar. Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər.

Xatırlatmaq istərdik ki, əvvəllər bu kimi anti-Azərbaycan, ermənipərəst təşəbbüslərlə çıxış edən və Prezident Trampın qatı tənqidçilərindən olan keçmiş senator Bob Menendez korrupsiya və rüşvətxorluğa görə məhkum olunub. Məlum müraciətin təşəbbüskarlarından biri olan demokrat-senator Adam Şiffi isə Cənab Tramp sərt tənqid edib, onun cinayət məsuliyyətinə cəlb edilməsinin zəruriliyini bildirib.

Ötən il Bakıya - COP29 tədbiri zamanı səfər etmiş konqresmen Frank Peloni yerli ictimai fəallar tərəfindən “Rədd ol!” şüarları ilə qarşılanmışdı. O, səfərini yarımçıq qoyaraq rüsvayçılıqla ölkəni tərk etmişdi.

Biz hesab edirik ki, bu gün Azərbaycanın suveren ərazilərinə ermənilərin qayıdışı haqqında danışan F.Peloni kimi konqresmenlər ilk öncə Ermənistandan qovulmuş yüzminlərlə azərbaycanlının qayıdış hüququnu da tanımalıdırlar. Qərbi Azərbaycandan digərgin düşən insanlar dinc yolla doğma yurdlarına qayıtmalıdırlar. Qərbi Azərbaycan İcması da bu istiqamətdə Ermənistanla dialoq qurmağa hazırdır.

Ermənistan ərazisində və işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan xalqının maddi-mədəni irsi talan edilib. Buna susmaq ən böyük ədalətsizlikdir.

Son vaxtlar İsveçrə parlamentinin “beynəlxalq sülh forumu” adı altında Cənubi Qafqazda sülh və sabitliyə xələl gətirən, Ermənistanda revanşistlərin mövqeyini müdafiə edən təkliflərlə çıxış etməsi regionda sülh və etimad quruculuğuna xəyanətdir. Sizə bir qrup konqresmen adından ünvanlanmış məktubda İsveçrə parlamentinin təxribatçı addımlarına istinad edilməsi bir daha bu məktubun və onun müəlliflərinin əsl mahiyyətini ortaya qoyur.

Biz hesab edirik ki, məlum müraciəti təşkil edənlər ABŞ və Azərbaycan liderlərinin yazışmalarından da aydın görünən ikitərəfli əlaqələrin yeni yüksəliş mərhələsinə qədəm qoymasından narahatdırlar. İnanırıq ki, Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində təqdirəlayiq əmək sərf edən Tramp Administrasiyası “Vaşinqton bataqlığı”nın təmsilçiləri olan bu konqresmenlərin fəaliyyətinə doğru qiymət verəcəkdir".

İmzalar:

Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri

Əziz Ələkbərli – Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri

Əmir Əliyev – İnsan Hüquqlarının Təşviqi Mərkəzi İctimai Birliyinin sədri

Fariz Xəlilli – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi

Umud Mirzəyev – “Beynəlxalq Avrasiya Mətbuat Fondu”nun sədri

Zaur İbrahimli – “Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri

İradə Rzazadə - “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri

Hacı Abdulla - "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri

Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri

Xatirə Vəliyeva - “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri

Vüqar Qədirov – “Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” İctimai Birliyinin sədri

Rey Kərimoğlu - “Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://axar.az
archiveBu xəbər 24 İyul 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see593

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see256

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see240

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see233

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see232

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see217

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see217

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see213

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see195

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see181

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see181

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see178

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see177

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see175

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see174

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see172

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see167

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see159

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri