Güney Azərbaycandan olan körpə uzun illər sonra doğum şəhadətnaməsi alıb
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Güney Azərbaycanın Culfa şəhərindən olan Huntay adlı körpəyə İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi 6 ildən sonra doğum haqqında şəhadətnamə verib.
Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən bildirir ki, bu barədə İranda İnsan Haqları Müdafiəçiləri Qrupu - HRANA məlumat verib.
Məlumata görə, İranın Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsi uşağa türk adını daşıdığı üçün şəhadətnamə verməkdən imtina edirdi. Huntayın valideynləri övladlarına doğum haqqında şəhadətnamə almaq üçün mübarizə aparırdılar.
Qeyd olunur ki, Huntay 6 il ərzində şəxsiyyəti təsdiq edən sənədlərin olmaması səbəbindən tibbi, sosial və təhsil xidmətlərindən məhrum olub.

Güney Azərbaycandan olan körpə uzun illər sonra doğum şəhadətnaməsi aldı FOTO
05 Dekabr 2024 21:23
Güney Azərbaycandan olan körpə uzun illər sonra doğum şəhadətnaməsi alıb Xəbər saytı Son xəbərlər və Hadisələr
05 Dekabr 2024 21:17
Güney Azərbaycandan COP29a Bakıya çağırış
15 Noyabr 2024 09:50
Güney Azərbaycandan COP29un təşkilatçılarına Müraciət
15 Noyabr 2024 10:18
Güney Azərbaycandan ayrı düşmüş Türk eli ARAŞDIRMA
22 Yanvar 2025 12:58

