Icma.az
close
up
RU
Güney Kipr tətilində öldü, ürəyinin oğurlandığı üzə çıxdı

Güney Kipr tətilində öldü, ürəyinin oğurlandığı üzə çıxdı

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Güney Kiprdə tətil zamanı qəfil həyatını itirən Maykl Qreylinin cəsədi Böyük Britaniyaya qaytarıldıqdan sonra ailəsi böyük şok yaşayıb. Sherg.az xəbər verir ki, aparılan otopsi nəticəsində 76 yaşlı kişinin ürəyinin bədənindən çıxarıldığı məlum olub.

Maykl Qreylinin həyat yoldaşı İvon və ailəsi ilə birlikdə Güney Kiprdə keçirdiyi tətilin son günlərində ayağındakı qıcolma səbəbindən özünü narahat hiss etməyə başlayıb. Ailə ehtiyat tədbiri olaraq Paralimnidəki xəstəxanəyə müraciət edib.

Lakin xəstəxanəyə çatdıqdan cəmi bir neçə dəqiqə sonra qapı açılaraq həkim tərəfindən yaşlı kişinin öldüyü xəbəri ailəyə bildirilib.

İvon nə baş verdiyini anlamağa çalışdığı bir vaxtda, ərinin cəsədinin otopsiya üçün aparıldığı ona deyilib. Ailə yaşadıqları sarsıntını hələ üzərindən ata bilməmişkən cəsədin Böyük Britaniyaya göndərilməsini gözləməyə başlayıb.

Cənazə Böyük Britaniyaya çatdıqda rəsmilər ölüm sənədini araşdırıblar. Sertifikatda hər hansı ölüm səbəbinin göstərilmədiyini görən əməkdaşlar durumdan şübhələnərək ikinci otopsiyanın aparılmasına qərar veriblər.

Bu dəfə ailəyə verilən məlumat daha da ağır olub: Maykl Qreylinin ürəyi bədənində deyildi. Hesabatda “Ürək çıxarıldığı üçün ölüm səbəbi qeyd edilməyib” ifadəsi yer alıb. Ailə mənasını anlaya bilmədiyi bu vəziyyət qarşısında ikinci dəfə sarsılıb.

Güney Kipr rəsmiləri Qreylinin ürəyinin bir tədqiqat mərkəzinə göndərildiyini açıqlayıb. Lakin bu açıqlama onsuz da acı içində olan ailənin suallarını daha da artırıb. Mayklın qızı Heyli “Biz cavablara ehtiyac duyuruq” deyərək yaşadıqları qəzəbi ifadə edib.

Böyük Britaniyadakı Roçdeyl Adli Tibb Ofisi ölüm səbəbinin müəyyən olunması üçün araşdırmaların davam etdiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Dekabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri