Icma.az
close
up
RU
Ürəyinin səsini dinlə Perikardit nədir?

Ürəyinin səsini dinlə Perikardit nədir?

Icma.az, Medicina portalına istinadən məlumat verir.



Perikardit - ürəyin perikard (xarici) qatının infeksion və ya qeyri-infeksion (aseptik) iltihabıdır. İltihabi proses perikardın visseral və parietal qişalarını əhatə edir. Perikardit bir çox daxili orqan xəstəliklərinin ağırlaşması kimi və ya xəstəliyin klinik əlamətlərindən biri kimi əmələ gəlir. Bəzi hallarda isə perikardit sərbəst şəkildə ciddi əhəmiyyət kəsb edir, onun klinik şəkli və yaratdığı hemodinamik dəyişikliklər ön plana çıxır.

Autopsiya zamanı 3-6% hallarda ürəyin seroz qisasının əvvəllər keçirilmiş iltihabının əlamətləri aşkar olunur, halbuki, həyatda qoyulan perikardit diaqnozları daha azdır. Qadınlar kişilərə nisbətən daha çox, əsasən 40 yaşa qədər xəstələnirlər.

"Medicina" xəbər verir ki, Perikarditin səbəbləri müxtəlifdir.

Perikardit infeksion və qeyri-infeksion amillərin təsirindən inkişaf edir. İnfeksion perikarditlərə aiddir:

qeyri-spesifik kokk perikarditləri – infeksion endokarditin, sepsisin, pnevmoniyanın və s. gedişini ağırlaşdırır;

vərəm perikarditləri - ağciyərlərin, sümüklərin, sidik-ifrazat sisteminin vərəmi zamanı, həmçinin, orqan vərəminin bir növü kimi perikard vərəmi şəklində inkişaf edir;

virus perikarditləri – virus infeksiyasının (ECHO, Koksaki və s.) ağırlaşması kimi təzahür edir;

revmatik perikarditlər.

İnfeksion perikarditlər həmçinin, qarın və qayıdan yatalaq, dizenteriya, bruselyoz, sifilis, kandidozlar və s. zamanı da rast gəlinə bilər.

Son illər daha çox müxtəlif qeyri-infeksion perikarditlər görünür. Bunlara aiddir:

allergik, həmçinin, dərman perikarditləri;

birləşdirici toxumanın sistem xəstəliklərində yaranan perikarditlər;

autoimmun perikarditlər (miokard infarktlı xəstələrdə, komissurotomiya (qapaq əməliyyatı) keçirmiş xəstələrdə;

maddələr mübadiləsinin ciddi pozğunluğu zamanı yaranan perikarditlər;

bədxassəli şişlər zamanı yaranan perikarditlər (ağciyər, süd vəzi xərçəngi, mezotelioma, limfomalar və s.).

Perikarditin təsnifatı

Klinik-morfoloji formalarına görə perikarditlər kəskin (6 həftəyə qədər), yarımkəskin (6 həftə - 6 ay), xronik (6 aydan çox), həmçinin, kataral, fibrinoz, eksudativ, adheziv, konstriktiv ola bilər. Ağırlaşmış hallarda ürəyin tamponadası və «zirehli» ürək inkişaf edə bilər.

Perikarditin əlamətləri:

Perikarditin simptomları onu törədən əsas xəstəliyin xarakteri və ağırlığından asılıdır.

Əsas əlamətlərə ürək nahiyəsində ağrılar, quru öskürək, təngnəfəslik, ürəkdöyünmə, udmanın pozulması, boğulma və s. aiddir. Maye sürətlə yığılarsa, ürəyin tamponadası yaranır; bu, həyat üçün təhlukəli vəziyyətdir, qan təzyiqinin enməsi, ətrafların soyuması və sianozlaşması (göyərməsi), sidik ifrazının azalması baş verir.

«Zirehli» ürək inkişaf edərsə, ürəkdöyünmə, təngnəfəslik, qarın nahiyəsinə maye yığılması (assit), qaraciyərin böyüməsi, ayaqlarda ödemlər və s. müşahidə olunur.


Perikarditin diaqnostikası

Perikard diaqnozunun qoyulmasında xəstəyə baxış, ağciyərlərin auskultasiyası, arterial təzyiqin və nəbzin ölçülməsi, döş qəfəsinin rentgenoqrafiyası mühüm rol oynayır. Ən əsas diaqnostik metod isə ürəyin exokardioqrafiyasıdır. Həmçinin, KT və ürək-damar MRT müayinəsi də çox informativdir.

İlk dəfə aşkar olunan kəskin perikardit zamanı xəstənin hospitalizasiyası və fiziki aktivliyin məhdudlaşdırılması önəmlidir. Ürəyin hemodinamik göstəriciləri monitorlaşdırılmalı və müvafiq dərman müalicəsi aparılmalıdır. Müalicə xəstəliyin klinik-morfoloji formasından asılı olaraq aparılır. Qeyri-steroid iltihab əleyhinə preparatlar, hormonal preparatlar, antibiotiklər (bakterial infeksiya varsa), vərəm əleyhinə terapiya və digər simptomatik müalicə təyin edilir, tamponada zamanı təxirəsalınmaz perikardiosentez (mayenin çəkdirilməsi), yapışqan perikarditlərdə subtotal perikardektomiya (perikardın rezeksiyası, yəni kəsilməsi) icra olunur.


Perikarditin proqnozu

Fibrinoz (quru) perikarditin proqnozu adətən qənaətbəxşdir; 1/4 hallarda quru forma mayeli (eksudativ) perikarditə, nadir hallarda isə konstriktiv perikarditə keçə bilər. Kəskin eksudativ perikardit zamanı sağalma əsasən 2-6 həftə ərzində baş verir. Xəstələrin 15%-də ürəyin tamponadası inkişaf edə bilər. 10-20% hallarda isə xəstəliyin residivləşməsi (geri qayıtması) müşahidə olunur. Proqnoz əsas xəstəliyin (vərəm, şiş, uremiya və s.) xarakterinə, ağırlıq dərəcəsinə və müalicənin adekvatlığına əsasən müəyyən edilir.


MEDİCİNA.AZ


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 07 Mart 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri