Icma.az
close
up
RU
“Güney Qafqazı Rusiyadan qoruya biləcək yeganə güc Türkiyədir...” EKSPERT

“Güney Qafqazı Rusiyadan qoruya biləcək yeganə güc Türkiyədir...” EKSPERT

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Avropanın bu işə əli çatmır, Trampın isə istər özü, istərsə də administrasiyası bu bölgə ilə maraqlanan deyil...”

Son vaxtlar bəzi şərhçilər Rusiyanın işğalçı diktatoru V.Putinlə anlaşmağa çalışan ABŞ-nin prezidenti Donlad Trampın guya artıq Güney Qafqazda da Rusiyanın yeganə dominant güc olmasına imkan verəcək. 

Bəs görəsən, hazırkı geo-siyasi gerçəklikdə bu gedişin mümkünlüyü nə dərəcədə realdır?

 Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu mövzu ilə bağlı Moderator.az-a açıqlamasında konkret danışıb:

“Mən düşünmürəm ki, bu saat Donald Trampı və onun komandasını ümumiyyətlə, Güney Qafqaz maraqlandırır. Bu gün Cənubi Qafqazı Rusiyadan qoruya biləcək, onun tam şəkildə təsiri altına düşməsinin qarşısını ala biləcək yeganə ölkə, güc Türkiyədir. Avropanın bu işə əli çatmır, Tramp, yenə deyirəm, istər özü, istərsə də administrasiyası bu bölgə ilə maraqlanan deyil.  Bu gün belə görünür ki, ən azı, yaxın bir neçə il ərzində Cənubi Qafqaz uğrunda mübarizə Türkiyə, Rusiya və Çin üçlüyü arasında gedəcəkdir. İran da var orada, amma əsas mübarizə dediyim üçlük arasında baş verəcək. İndi həmin mübarizədə kim daha çevik addımlar atacaq, kim ortaya daha çevik təsir vasitələri qoyacaqsa, təbii ki, o da qalib gələcəkdir... 

Konkret Azərbaycanın isə Avropaya yolu görünmür. Çox təəssüf ki, Azərbaycanda daha çox artan Rusiya təsiridir. “Rus evi” və s. kimi məsələlər bu təsiri azalda biləcək ciddi məsələlər deyil. Təbii ki, 2025-ci ilin dekabrında Rusiyanın səbəb olduğu Azərbaycana məxsus təyyarənin faciəli qəzasıyla bağlı rəsmi Moskva ilə ziddiyyətlər olub, var və qalmaqdadır. Amma bu, Rusiyanın hələ də Azərbaycandan əl çəkməsinə dəlalət etmir...”  

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Mart 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri