Icma.az
close
up
RU
Hədəfləri güclənən və regionda təsir qüvvəsini artıran Türkiyədir EKSPERT

Hədəfləri güclənən və regionda təsir qüvvəsini artıran Türkiyədir EKSPERT

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranın ABŞ prezidentinin danışıqlara çağırmasına mənfi cavab verməsi görüntü yaratmaq üçündür


“İranın Türkiyəni ittiham etməsi tamamilə həyasızlıqdır. İran Suriyada müsəlman hakimiyyəti istəmir. Öz ideyalarını daşıyan azsaylı zümrənin rejim qurmasını istəyir”


İranın xarici işlər naziri Abbas Araqçı Bəşər Əsəd tərəfdarlarının Suryanın Latakiya əyalətindəki silahlı üsyanına görə Türkiyəni ittiham edib. O, AFP-yə müsahibəsində deyib ki, Türkiyə və bir neçə başqa ölkənin Suriyada baş verən hadisələrə birbaşa təsir göstərdiyinə heç kimin şübhəsi yoxdur: “Buna görə də İsrailin Suriya ərazisini geniş miqyasda işğal etməsi, Suriyanın bütün müdafiə infrastrukturunu məhv etməsi və bunun nəticəsində yaranan bütün münaqişələr kimi indi yaranmış problemlərə görə məsuliyyət, təbii ki, bu dəyişiklikləri və inkişafı həyata keçirənlərin üzərinə düşür”.


Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Tural İrfan isə “Sherg.az”a açıqlamasında bildirib ki, İranın və Rusiyanın dəstəklədiyi Əsəd rejimi uzun illər Suriya xalqını didərgin salaraq regionda gərginliyin artmasına birbaşa şərait yaradırdı: 


“Türkiyə isə Suriya əhalisinin yanında idi və onlara qucaq açmışdı. Suriyadan İrana qaçan yox idi, zülmə məruz qalan əhali yalnız Türkiyəyə üz tuturdu. Təbii ki, bunların öz yerlərinə dönüşü vacib idi. Bunun üçün də Suriyada sabitlik və dinclik lazımdı. Türkiyə Suriya xalqını xilas edərək nisbətən normal qüvvələrə dəstək verdi və əhalinin vətənlərinə dönüşü başladı. İran və Rusiya isə bunu istəmirdi, odur ki, İsrailin işğal planına dəstək verməyi üstün tutaraq yeni hakimiyyətə qarşı terrorçu qüvvələri səfərbər etdilər. Türkiyə İran və Rusiyanın Suriyada illərlə törətdiyi qırğınların qarşısını aldığına görə bu gün İranın Türkiyəni ittiham etməsi tamamilə həyasızlıqdır. İran Suriyada müsəlman hakimiyyəti istəmir. Öz ideyalarını daşıyan azsaylı zümrənin rejim qurmasını istəyir”. 


T. İrfan həmçinin xatırladıb ki, İranın ali dini liderinin keçən ilin 22 dekabrında suriyalı gənclərə üsyan edib hazırkı hökuməti devirmək çağırışı da ona görə məhz Ramazan ayında reallaşdırılıb: 

“Artıq İraq sərhədindən İrana bağlı Həşd Şabi və Livandan Hizbullah qüvvələri, daxildən də Druzlar, Nüseyri Ələvilər Suriyanı yenidən qan çanağına döndərmək üçün cəhd edirlər. Türkiyə isə Suruya xalqını qorumaq üçün çalışır. İran nə vaxt müsəlman qanı tökməyə fasilə verirsə, ABŞ dərhal onu hədələyir. Xatırladır ki, rejimin ayaqda qalması üçün durmaq olmaz. Hazırda İsrail və İran tam müttəfiq olaraq Türkiyə və Suriya əleyhinə savaşırlar. İran bilir ki, İsrail və ABŞ-nin planlarına dəstək verməsə, hədəf özü olacaq. Suriyada da sabitlik olsa, İsrail planlarını həyata keçirə bilməyəcək. Ona görə qarışdırırlar ki, hakimiyyəti ələ keçirə bilməsələr belə, ölkədəki xaosdan istifadə edən İsrail məqsədinə nail olsun, daha geniş ərazilər tutsun. Necə ki, İran-İraq savaşında İsrail İrana 3 milyard dollarlıq yardım, silah dəstəyi vermişdi, hətta mütəxəssislərini belə İrana yollamışdı. Şah rejiminin təhlükəsizlik qurumunun əvəzində yeni xüsusi xidmət orqanının yaradılmasında İsrailin təcrübəsindən İran böyük fayda götürmüşdü. Nəticədə 1 milyon 200 min müsəlman qanı töküldü. Əgər İran olmasaydı, bu boyda qanı kim tökə bilərdi? Hətta Səddam Hüseynin Fransanın dəstəyi ilə nüvə zənginləşdirdiyi obyektləri İsrail İranın xatirinə bombalamışdı. Təbii ki, bu, əvəzsiz deyildi. Bu gün İran rejimi əlindən gəldiyi qədər çalışır ki, axan müsəlman qanı əsla dayanmasın və İsrail məqsədinə natamam yox, kamil şəkildə çata bilsin. Çünki bu qan dayansa, daha İrana ehtiyac qalmayacaq”.


T. İrfan hesab edir ki, ABŞ prezidentinin danışıqlara çağırmasına İranın mənfi cavab verməsi də görüntü yaratmaq üçündür. Hədəfləri güclənən və regionda təsir qüvvəsini artıran Türkiyədir: 

“Əsəd rejimi zamanı İran və Suriya terrorçu qrupları Suriya çöllərində yetişdirib bütün müsəlman ölkələrinə ixrac edirdi. Hətta ASALA, PKK kimi təşkilatların da boy atmasında İranın, Suriyanın sabiq rejiminin əvəzsiz rolu var. İran hazırda İsraillə üzdə düşmən obrazı yaradaraq, əslində, tam onun ideyalarının gerçəkləşməsinə xidmət edir. Türkiyə maksimum böyük savaşdan yayınmağa çalışır, amma gedişat göstərir ki, bu, hər an baş verə bilər. Hazırda ABŞ və Qərbin səlib yürüşü aktiv fazaya keçmək üzrədir. Hələ ki, səlib yürüşünün ön cəbhəsində İran və İsraildir. İran və İsrailin gizli ittifaqının ilk hədəfi Türkiyədir. Çünki plana görə, İran "Böyük İsrailin" yaranması üçün var gücü ilə ərəb dövlətlərində proksi qüvvələrin əli ilə təxribat yaradaraq zəmin hazırlamalıdır. Necə ki, Qəzzanın tam viran edilib İsrailin nəzarətinə keçməsi üçün HƏMAS-ı təhrik etdi, 50 min insanı qırğına verdi, liderlərini çağırıb Tehranda aradan götüzdürdü. Həmçinin bunu Livan, Suriyada da etməlidir ki, İsrail üçün o torpaqları tutmağa əlində bəhanə, dəstəvuz olsun. Türkiyə isə Fələstin dövlətinin yaranmasını, Suriyada da normal dünyəvi dövlətin olmasını istəyir. İran hazırda özü törətdiyi beynəlxalq cinayətləri gizlətmək üçün Türkiyəni şantaj edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Mart 2025 03:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri