Icma.az
close
up
RU
Güngör Yavuzaslan: Qəzzanı və ya HƏMAS ı idarə etmək tələbinin qanuni olması vacibdir

Güngör Yavuzaslan: Qəzzanı və ya HƏMAS ı idarə etmək tələbinin qanuni olması vacibdir

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Qəzzada xüsusi bir bölgə yaranarsa, nəticədə İsrail və Türkiyə arasında müharibə baş verə bilər


Türkiyə Fələstin məsələsində uzun illərdir davam edən bir yanaşmaya malikdir. Cümhuriyyətin əsas dövlət siyasətində Şərqi Qüdsün Fələstinin paytaxtı olmasının təmin edilməsi prinsipi ön planda durur. Bu yanaşma, həm beynəlxalq hüququn tələbləri, həm də Türk cəmiyyətinin geniş mənada qəbul etdiyi bir modeldir. Lakin son dövrlərdə, xüsusilə Fələstinin Qəzza bölgəsində baş verən gərginliklər və siyasi təzyiqlər, Türkiyənin bu məsələyə yanaşmasında bəzi yeniliklərə yol açıb. Türkiyənin, Fələstinin Qəzza bölgəsinə dair tələbləri və İsrail ilə əlaqələrindəki potensial qarşıdurmalar, Yaxın Şərqdə yeni bir mərhələnin başlanğıcı ola bilər. 

Əhməd Davudoğlu “Fələstin dövləti qurulana qədər Qəzza zolağı muxtar bölgə olaraq Türkiyəyə birləşdirilməlidir” kimi fikir səsləndirdi. 


Türkiyəli siyasi ekspert Güngör Yavuzaslan Sherg.az-a açıqlamasında Türkiyə diplomatiyasının Fələstin məsələsinə dair mövqeyi, Əhməd Davudoğlunun yanaşması, yaşanan son gərginliklər və bu prosesin gələcək perspektivlərindən danışıb:


"Türkiyə diplomatiyasında belə bir başlıq yoxdur.  Bunun baş verməsi üçün ilk növbədə Fələstindən tələb olmalıdır. Qəzzanı və ya HƏMAS-ı idarə etmək tələbinin qanuni və beynəlxalq əsasının olması vacibdir. Türkiyə Cümhuriyyətinin əsas dövlət siyasətində daimi atəşkəs və iki dövlətin prosesi həll etməsi nəticəsində paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövləti diplomatiyası var.

Türkiyənin ortaq atəşkəsi dayandırması və Fələstinin tək qalması belə bir hadisənin baş verməsinə səbəb oldu. Orada xüsusi bir bölgə yaranarsa, nəticədə İsrail və Türkiyə arasında müharibə baş verə bilər. Bu, bütün Yaxın Şərqin müharibəyə qoşulmasına və ya hətta dünya müharibəsinə çevrilə bilər". 

Ekspert Əhməd Davudoğlunun açıqlmasına diqqət çəkərək Türkiyədə bunun qarşılığının olmadığını bildirib. Qeyd edib ki, proseslərin sonunda Qəzza müstəqil dövlət deyil, paytaxtı Şərqi Qüds olan bütün Fələstin, 1967-ci il Taksim Planına görə müstəqil ola bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Fevral 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri