Icma.az
close
up
RU
Güngör Yavuzaslan: May ayında terror təşkilatının silahı buraxma qərarı alacağı ehtimalı yüksəkdir

Güngör Yavuzaslan: May ayında terror təşkilatının silahı buraxma qərarı alacağı ehtimalı yüksəkdir

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə qaynayır

"Türkiyə prezidentinin Dem Partiyasını qəbul etməsi, prosesin sürətlə irəlilədiyini göstərən önəmli bir nüansdır”

Türkiyə yeni siyasi mərhələyə qədəm qoyur. Uzun illərdir davam edən terrorla mübarizə probleminin həlli istiqamətində atılan addımlar son günlərdə daha da nəzərə çarpır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın PKK lideri ilə görüşən heyəti qəbul etməsi bu prosesin sadəcə sözdə deyil, eyni zamanda konkret siyasi addımlarla irəlilədiyini göstərir.

"Terrorsuz Türkiyə" şüarı ilə davam edən proses həm ölkə daxilində, həm də regionda diqqətləri öz üzərinə çəkir.


Mövzu ilə bağlı türk siyasi şərhçi Güngör Yavuzaslan "Sherg.az"a açıqlamasında R.T.Ərdoğanın PKK lideri ilə görüşən heyəti qəbul etməsinin gözlənilən görüş olduğunu bildirib:


 "Türkiyə prezidentinin Dem Partiyasını qəbul etməsi, prosesin sürətlə irəlilədiyini göstərən önəmli bir nüansdır. Bu məqam nəzərdən qaçırılmamalıdır. Çünki “Terrorsuz Türkiyə” şüarı ilə başlayan və sürətlə irəliləyən prosesdən söhbət gedir. Bundan sonra PKK-nın qurultayının toplanması gözlənilir. Dem Partiyası bu prosesin bir tərəfini, İmralıdan gələn çağırış isə digər tərəfini təşkil edir.

R.T.Ərdoğan Dem Partiyasını qəbul etdikdən sonra İmralını, Abdullah Öcalanı ziyarət edəcək. Bu səfərdən sonra biz prosesin ümumi mənzərəsini daha dəqiq görə biləcəyik.

Proses həm dinamikliyi, həm siyasətdə yaratdığı mənzərəsi, həm də Türkiyə Böyük Millət Məclisi daxilində aparılan müzakirələrlə çox sürətli şəkildə davam edir".

Ekspert aprel ayının sonu və ya may ayında terror təşkilatının silahı buraxma qərarı alacağının ehtimal olunduğunu söyləyib: "Bu prosesin yalnız Suriya və İraq deyil, həmçinin Avropa və digər beynəlxalq aspektləri də yaxından izlənilir. Türkiyə Respublikasının bu mövzuda əsas mövqeyi təşkilatın özünü buraxması və silahları tamamilə təhvil verməsidir. Bunun xaricində Türkiyə heç bir tələb və ya güzəşt mövzusunda danışıqlara getmir".

Müsahibimiz sonda Öcalanın çağırışından sonra prosesin çox sürətli şəkildə irəlilədiyini qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Aprel 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see296

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see238

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see211

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see184

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see181

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see178

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see176

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see174

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see154

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see151

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see149

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see138

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see135

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see135

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see129

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see127

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see125

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri