Günlər öncə qəza baş verən su xətti ilə bağlı açıqlama: “Təmirin günün sonuna qədər başa çatdırılması nəzərdə tutulur”
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Sabunçu rayonunun Zabrat 2 qəsəbəsində su xəttində qəza baş versə də, artıq 3 gündür problem həll olunmayıb. Sakinlər bildirirlər ki, Ramazan ayında susuz qalmaq vəziyyəti daha da çətinləşdirir. Su olmadığı üçün mənzillərdə kombilər işləməyib və evlərdə soyuq şərait yaranıb.Əraziyə nə zaman müdaxilə ediləcək və sakinlərin susuz qalmasının qarşısını almaq üçün hansı tədbirlər görüləcək?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Yaranan sualla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info portalının sorğusuna cavab olaraq bildirilib: “Sabunçu rayonu, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində qəza baş verib. Qəza baş verdiyi gündən etibarən əraziyə rayon sukanal idarəsinin qəza briqadası göndərilib. Xəttdəki qəzaya görə təmir və bərpa işləri hazırda istismar qaydalarına uyğun olaraq davam etdirilir. Təmirin günün sonuna qədər başa çatdırılması nəzərdə tutulur. İşlər tamamlandıqdan sonra isə suyun ünvanlar üzrə mərhələli şəkildə verilməsi həyata keçiriləcək”.
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:Azərbaycanda radiostansiyaların sayının 19a çatdırılması nəzərdə tutulur
11 Dekabr 2024 11:46
İsmət Səttarov: Azərbaycanda radiostansiyaların sayının 19a çatdırılması nəzərdə tutulur AZƏRTAC
11 Dekabr 2024 11:24
Zelenskidən münaqişənin sona çatdırılması ilə bağlı ilk açıqlama
23 Yanvar 2026 22:56
İlhamə Qədimova: Qoyun əti üzrə ixracın 2,9 min tona çatdırılması nəzərdə tutulur
23 İyun 2026 13:48
Yevlax stadionunda təmirin nə vaxt başa çatacağı bilinmir
03 İyul 2025 15:15
Baxış sayı:125
Bu xəbər 23 Fevral 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















