İsmət Səttarov: Azərbaycanda radiostansiyaların sayının 19a çatdırılması nəzərdə tutulur AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 11 dekabr, AZƏRTAC
Azərbaycanda radiostansiyaların sayının 19-a çatdırılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə Audiovizual Şuranın sədri İsmət Səttarov “Azərbaycanda radioyayımın dünəni, bu günü və sabahı” adlı seminarda çıxışında bildirib.
“Azərbaycanda radiotezliklərin sayı 2 dəfə artıb. Avtomobillərin hərəkətdə olan zaman radioya rahat qoşulmaları üçün 44 ədəd radiodata istismara verilib. Bununla yanaşı, ölkədə artıq iki ədəd radio tezliyi tender prosesindədir. Bu mərhələni uğurlu başa vursalar, Azərbaycanda stansiyaların sayı 19-a çatacaq. Xatırlatmaq istərdim ki, 5-6 il öncə radiotezliklərin sayı 10-11 idi. Biz faktiki olaraq radiostansiyaların sayını 2 dəfə artırmışıq", - deyə İsmət Səttarov əlavə edib.
Onun sözlərinə görə, hazırda radio stansiyaları ümumölkə xarakteri daşıyır. Əvvəllər bu sahədə bölgələrdə böyük problemlər yaşanırdı. Bir sıra radiokanallar yalnız paytaxtda və ya bir neçə regionda əlçatan idi. “İnsanlar bizə cəmi 1-2 stansiyaya çıxışlarının olduğu ilə bağlı müraciət edirdilər. Amma hazırda ölkədə 15 radiostansiya fəaliyyət göstərir", - deyə İ.Səttarov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 11 Dekabr 2024 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















