Icma.az
close
up
RU
Günnüt əməliyyatı: Böyük Zəfərə gedən yolun bələdçisi

Günnüt əməliyyatı: Böyük Zəfərə gedən yolun bələdçisi

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tarixin ayrı-ayrı vaxtlarında ermənilərin Azərbaycana qarşı torpaq iddialarının şahidi olub bu xalq. Və haqsız, ədalətsizcəsinə torpaqlarımızın bir qismini itirmişik. Bu iddialar 1988-ci ildən başlayaraq ermənilərin torpaqlarımızı yenidən tamah dişini qıcaması, Qarabağı və Şərqi Zəngəzurun bir sıra ərazilərini işğal etməsi, Naxçıvan Muxtar Respublikasını blokada vəziyyətinə salması ilə nəticələndi. Bu səbəbdən də 90-cı illər Azərbaycan xalqının yaddaşında çətin, ağrılı-acılı illər kimi qaldı: torpaqlarımız işğal olundu, yüzlərlə şəhər və kənd dağıdıldı, minlərlə azərbaycanlı qaçqın-köçkün taleyi yaşadı.

Naxçıvan ağır blokada şəraitinə salınaraq paytaxt Bakı və ölkənin digər əraziləri ilə quru yolla əlaqələri tamamilə kəsildi. İnsanlar acınacaqlı hallarla üzləşməli oldular. Elektrik enerjisi, təbii qaz xətlərinin Ermənistan ərazisindən keçən hissəsinin kəsilməsi, dəmir yolunun dağıdılması Naxçıvanı böyük çətinliklərlə üz-üzə qoydu. İnsanlar qaranlıqda və soyuqda qalmaqla bərabər, dəmir yolunun bağlanması ilə iqtisadi iflicə məruz qalan Naxçıvanda həm də iş yerlərini itirməli oldular. Bakı ilə heç bir əlaqəsi olmayan muxtar respublikada əhali aclıqla mübarizə apardı. Üstəlik informasiya blokadasına da məruz qaldı, uzun illər olmazın qayğıları ilə yaşadı.

Qızğın döyüşlər getsə də...

Belə bir dövrdə həm də muxtar respublikanın Ermənistanla sərhəd kəndlərində qızğın döyüşlər gedirdi. Naxçıvanı da işğalı etməyi qarşısına məqsəd qoyan ermənilər buranı blokada vəziyyətinə salmaqla məqsədlərinə çatacaqlarına ümid edirdilər. Lakin bir neçə il sərhədlərdə döyüşlərin getməsinə baxmayaraq onların Naxçıvanla bağlı arzuları baş tutmadı. Naxçıvanlılar var-qüvvə ilə torpaqlarını qorumağa cəhd göstərdilər. Blokada şəraitində olan, silah-sursat təminatı zəif olan bir bölgədə müasir silah-texnika ilə təchiz olunmuş Ermənistan ordusu ilə döyüşmək çətin olsa da, insanlar canları bahasına Naxçıvanı qorudular.

Naxçıvan əsasən qorunsa da, təəssüf ki, 1990-cı il yan­var ayının 19-da Kərki kəndi və 1992-ci ildə isə Günnüt kəndi ermənilər tərəfindən tamamilə darmadağın edildi.

Erməni işğalına məruz qalarkən təbiət gözəli, həm də abad Günnütün yaşayış binaları, o cümlədən kənddə bir çox sosial obyektlər dağıdıldı, qədim yaşayış yeri erməni vandalları tərəfindən xarabalığa çevrildi. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi də viran edildi. Əhali rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Şərur rayonundakı Mahmudkəndə köçməyə məcbur oldu. Ümumi muxtar respublika qarşılığında bu işğalı özləri üçün uğur hesab edən ermənilər Qarabağ və Şərqi Zəngəzur əraziləri kimi, bu kəndləri də bir gün geri qaytaracaqlarını yaxşı bilirdilər. Lakin bilsələr də, təəssüf ki, həm Kərkini, həm də Günnütü itirməli olduq. İllər uzunu bu kəndlərin yoxluğu, işğal altında olması hissi ilə yaşadıq. Həm də bu işğalla barışmayaraq, bu iki kəndin əldən getməsini ağır itki hesab edərək yaşadıq.

“Günnüt əməliyyatı”: 7 ilin qüruru

Uzun illər dövlətimiz torpaqlarımızın işğaldan azad edilməsi üçün tədbirlər həyata keçirdi. Artıq özünü buna hazır hesab edəndə isə Böyük Zəfərə aparan yol başlanğıcını 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq dörd gün davam edən Aprel döyüşlərindən, 2018-ci il may ayının 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasında həyata keçirilən Günnüt əməliyyatından, 2020-ci ilin tarixi iyul günlərində baş verən İyul döyüşlərindən götürdü. Bu yolun başlanğıcında biz artıq torpaqlarımızı işğaldan azad etməyə hazır olduğumuzu bəyan etmişdik. 30 ilin əvvəlində itirdiklərimizi 30 ilin tamamında geri almağa qalxmışdıq. İki 30 arasındakı zaman kəsiyi bu ölkəni əsarətdən müstəqilliyə, iqtisadi böhrandan inkişafa, ordu yoxluğundan ordu varlığına gətirib çıxardığı kimi, eyni zamanda 30 ilin o başında itirilən torpaqları bu başında geri almağı reallaşdırmışdı.

Naxçıvanın etibarlı müdafiəsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin 18 dekabr 2013-cü il tarixli Fərmanı əsasında muxtar respublika ərazisində mövcud olan hərbi birliyin bazasında yaradılmış Əlahiddə Ümumqoşun Ordusunun 2018-cı il mayın 20-dən 27-nə qədər əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi ilə birlikdə 11 min hektar ərazi Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Günnüt kəndi ətrafında yerləşən 2065 metr hündür­lükdə olan Xunut, 1869 metr hündürlüyü olan Mehridağ , 1683 metr hündürlükdə olan Qızılqaya yüksəkliyi Ümumqoşun Ordu bölmələ­rinin nəzarəti altına keçdi. Azad olun­muş ərazilərin 8 min hektarı əkinçilik üçün yararlı olan torpaqlar idi. Qızılqaya yüksəkliyinin ələ keçirilməsi isə Ermə­nistan ərazisindən keçən Yexeqnad­zor-Gorus-Laçın-Xankəndi yolunun nəzarət altına alınmasına imkan verdi.

Günnüt əməliyyatından sonra Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi olmuş M.Akopyan etiraf edirdi ki, nəticə etibarilə Ermənistan tərəfi çox böyük ərazilərə nəzarəti itirdi.

Beləliklə, Günnüt əməliyyatı Azərbaycan Ordusunun gücünün və qüdrətinin yeni bir ifadəsi oldu. Bu və bundan əvvəlki əməliyyatların həyata keçirilmə taktikası, komandir heyətinin səriştəsi və məharəti göstərdi ki, Azərbaycan Ordusu daha böyük zəfərlərin əldə edilməsinə qadirdir.

Hər bir hərbi əməliyyat itkisiz başa gəlməyə də bilir. Xüsusilə torpağın düşməndən geri alınması uğrunda mübarizə gedirsə, burada şəhid də olacaq, qazi də. Elə əməliyyat zamanı-mayın 20-də həlak olan Azərbaycan Ordusunun hərbçisi Adil Tatarov da Günnütün azadlığı uğrunda şəhidlik zirvəsini ucaldı.

Böyük Zəfərə doğru...

Beləliklə, milli ordumuz 2020-ci ilədək bir neçə əməliyyatları Zəfər təntənəsi ilə başa vurdu. Əslində bütün bunlar illər öncə torpaqlarımızın azad edilməsinə hesablanmış plan və tədbirlər idi. Əgər müstəqilliyimizi yenicə əldə etdiyimiz 90-cı illərin əvvəlində ölkəni iqtisadi böhran bürümüşdürsə, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bütün sahələrin inkişafı üçün hazırladığı konsepsiya sonrakı illərdə uğurlu nəticələri ilə ölkəmizi dirçəltmiş, ərazi bütövlüyümüz məsələsini gündəmə gətirmişdi. Ötən illərdə ölkədə gənc nəslin vətənpərvər ruhda böyüməsi, torpaqların işğalı səbəblərinin olduğu kimi anladılması onların hər birində o ruhu formalaşdırmışdı ki, Vətən üçün bir əmr yetər.

Günnüt əməliyyatından iki il əvvəl olan Aprel döyüşləri Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hərbi münaqişə, 1994-cü ildə atəşkəs haqqında imzalanan sazişdən bəri ən şiddətli döyüşlər idi. Hələ də düşüncələri 1990-cı illərdə qalan ermənilərin bu dəfə də üstünlük əldə etmə kimi yanlış fikirləri elə həmin dörd gündə alt-üst oldu. Döyüşlər Silahlı Qüvvələrimizin qələbəsi ilə nəticələndi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu.

Lakin düşmən düşmənliyində, tamahkar tamahkarlığında qalar, deyiblər. Erməni olasan, tamah dişini çəkib atasan, bu mümkün olan iş deyil. Həm də 1990-cı illərin havası bu tayfanı nədənsə tərk edə bilmirdi. Bu səbəbdən aradan dörd il ötəndən sonra yenidən baş qaldırdılar. Bu dəfə isə özlərinin də vurğuladıqları kimi, böyük hazırlıqla.

2020-ci ilin iyul ayının 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutdular. Silahlı Qüvvələrimizin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində hücum cəhdinin qarşısı alındı. Döyüşün ilk saatlarında 2 hərbi qulluqçumuz şəhid oldu, 5 nəfər yaralandı, onlardan biri daha sonra aldığı yaralardan dünyasını dəyişdi. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı Ermənistan Ordusunun şəxsi heyəti çoxsaylı itki vermişdi.

İyulun 13-də də qızğın döyüşlər getmişdi. Tovuz istiqamətində tərəflərin bir-birinə qarşılıqlı zərbələr endirməsi yenə də davam etmişdi. Ermənistan kütləvi informasiya vasitələri Ermənistan hərbi bölmələrinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumat yaysalar da, Azərbaycan Müdafiə Nazirliyi yayılan məlumatları təkzib edib və heç bir ərazi itkisinin olmadığını, mövqelərin əvvəlki qaydada qaldığını bildirmişdi. Döyüş zamanı Ermənistan artilleriyası toplarla Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini də atəşə tutmuşdu.

14 iyul döyüşləri isə yaddaşımıza həm ağır, həm də silinməz hadisə ilə həkk olundu. Həmin gün Ermənistan Silahlı Qüvvələrinin bölmələri səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmuşdu. Erməni Ordusunun hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən 5 hərbi qulluqçumuz da həlak oldu. Onların əziz xatirəsi hər zaman anılacaq, gələcək nəsillərə qürurla danışılacaqdır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həmin günlər bildirdi: “Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”.

Biz torpaqlarımız-namusumuz uğrunda general-mayorumuzu, polkovnikimizi itirdik. Bununla sübut etdik ki, bu ölkədə sıravi əsgərdən tutmuş general- mayoradək, polkovnikədək hər kəs ərazi bütövlüyü uğrunda canından keçməyə hazırdır. Ta ki, Vətən tam olsun. Ta ki, əzəli torpaqlarımız, ata-baba yurdlarımız düşmən tapdağı altında qalmasın.

Beləliklə, iyul döyüşləri bizim qürurumuzla yanaşı, həm də aprel döyüşləri və Günnüt əməliyyatı zamanı düşmənə verilən dərsin davamı oldu.

Və Böyük Zəfər

2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə Günnüt əməliyyatı, 2020-ci ildə İyul döyüşləri, həmin ilin sentyabrda başlanan Vətən müharibəsi, 44 günlük müharibənin Zəfərlə bitməsi, 2023-cü ildə Xankəndidə birgünlük anti-terror əməliyyatı, Qarabağın işğaldan azad olunması və soydaşlarımızın ata-baba yurdlarına qayıtmaları üçün görülən genişmiqyaslı quruculuq və bərpa işləri tariximizin şanlı səhifələrini təşkil edir.

Görünür, ötən zamanın sadalanan hadisələri düşmənin başına bu hadisələr böyüklükdə daş salsa da, paxıllıq və riyakarlıq hisslərinə heç bir təsir göstərməyib. Göstərə də bilməzdi. Çünki bu hisslər onların xislətindədir və tarixin bütün dönəmlərində bu, dəyişməz olaraq qalıb.

Deməli, biz tarixin özünün də xisləti qarşısında məəttəl qaldığı elə bir tayfa ilə qonşuyuq ki, bunlar arın, abır-həyanın, utanmağın nə olduğunu əsla bilmirlər. Öyrənmək isə onların xislətində yoxdur. Bunun əvəzinə digər qonşularından həmişəki kimi yenə də dəstək alıb hərdən utanmazcasına sərhədlərimizə atəş açır, nə istədiklərini anlamadan yenə də başqalarının tapşırıqlarına baş əyirlər. Sual olunur, nə vaxtadək? Axı bütün cəhdləriniz boşa çıxır. Heç nəyə nail ola bilmirsiniz. Bunu görmək nə qədər çətindir ki?..

Azərbaycan öz torpaqlarını qorumağa qadirdir. 30 il sonra işğaldan azad etdiyi torpaqları isə göz bəbəyi kimi qoruyur. Bu xalq son nəfərinədək canından keçər, lakin bir qarış torpağının düşmən əsarətinə keçməsinə razı olmaz. Bunu düşmən hələ də anlamayıbsa, özündən küssün. Qarşıda onu nələrin gözləyəcəyini düşünsün.

Biz isə hər ilin aprelində Aprel döyüşlərini, mayında Günnüt əməliyyatını, iyulunda İyul döyüşlərini, sentyabrında 44 günlük qəhrəmanlıq salnaməsini, noyabrında Böyük Zəfərimizi xatırlamaqla, 300 ildən sonra bütövləşmiş Azərbaycanımızla qürur duyacağıq. Və bu qürur tarixini xalqa bəxş edənləri unutmayacaq, çoxəsrlik tariximizin şanlı səhifəsi olaraq nəsillərdən-nəsillərə daşıyacağıq.

Şəhidlərimiz, qazilərimiz minlərlə olsa da, arzusuna, kamına yetməyən Vətən oğullarının acısı minlərlə ailələrin ömürlük kədəri, bu kədər isə xalqın ümumi ələmi olsa da, Vətən torpaqlarının işğaldan azad edilməsi, bütövləşməsi, suverenliyimizin və konstitusiya quruluşumuzun bərpa olunması da bu xalqın ümumi sevinci, qürurudur. Odur ki, analar nə yaxşı ki, igid oğullar dünyaya gətirir. O igidlər Ali Baş Komandanımızın möhtəşəm sərkərdəliyi ilə alnımızdan qara ləkəni sildi. Bizə namusumuzu, şərəfimizi, ləyaqətimizi qaytardı.

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 May 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see173

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see136

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see131

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see124

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see119

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see118

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see117

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see117

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see117

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see116

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see116

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see115

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see115

Tramp Harvarddan buna görə qisas alır: OĞLUNU...

28 May 2025 12:46see115

Ukrayna Prezidenti ABŞ ı Rusiyaya qarşı yeni sanksiya tətbiqinə çağırıb

28 May 2025 12:17see115

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see114

Çaki öldü

29 May 2025 00:07see114

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113

Ətirşahdan Qurban bayramına özəl MÖHTƏŞƏM KAMPANİYA!

28 May 2025 12:49see113

Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra bölgədə ciddi inkişaf qeydə alınıb

28 May 2025 14:27see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri