Icma.az
close
up
RU
Apreldən böyük ZƏFƏRƏ...

Apreldən böyük ZƏFƏRƏ...

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu xalq torpağı namus hesab edir. Bu namus haqqında danışmağın zamanı, anı yoxdur. Hər an danışmalıyıq. Danışdıqca da işğalı unutmamalı, Zəfərin qüruru ilə yaşamalıyıq. Çünki torpaqlarımız erməni işğalında qaldıqca, yuxularımız şirin, başımız, qamətimiz dik ola bilməzdi. Biz özümüzdə güc hiss edən kimi o torpaqları geri almaq üçün ayağa qalxacaqdıq. 2016-ci ilin aprelində, 2018-ci ilin mayında, 2020-ci ilin iyulunda, 2020-ci ilin sentyabrında olduğu kimi. Bu gündən baxanda 9 il əvvəldə bir abidə görünür: Aprel abidəsi. Bu abidə adi abidə deyildi, məşəlli bir abidə idi, o, Zəfərə gedən yolu işıqlandırırdı. Apreldən maya, maydan iyula, iyuldan sentyabra uzanan yolun sonundakı Zəfəri... O Zəfər ki, itirdiyimiz generalımızla, polkovnikimizlə, minlərlə qurbanımız, yüzlərlə qazimizlə ona nail ola bildik.

Böyük yolun başlanğıcı

Böyük Zəfərə aparan yol öz başlanğıcını 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq dörd gün davam edən döyüşlərdən, 2018-ci il may ayının 20-dən 27-dək Naxçıvan Muxtar Respublikasında həyata keçirilən Günnüt əməliyyatından, 2020-ci ilin tarixi iyul günlərindən götürmüşdü. Bu yolun başlanğıcında biz artıq torpaqlarımızı işğaldan azad etməyə hazır olduğumuzu bəyan etmişdik. 30 ilin əvvəlində itirdiklərimizi 30 ilin tamamında geri almağa qalxmışdıq. İki 30 arasındakı zaman kəsiyi bu ölkəni əsarətdən müstəqilliyə, iqtisadi böhrandan inkişafa, ordu yoxluğundan ordu varlığına gətirib çıxarmışdı. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bütün sahələrin inkişafı üçün hazırladığı konsepsiya sonrakı illərdə uğurlu nəticələri ilə ölkəmizi dirçəltmiş, ərazi bütövlüyümüz məsələsini gündəmə gətirmişdi. Ötən illərdə ölkədə gənc nəslin vətənpərvər ruhda böyüməsi, torpaqların işğalı səbəblərinin olduğu kimi anladılması onların hər birində o ruhu formalaşdırmışdı ki, Vətən üçün bir əmr yetər.

Aprel döyüşləri Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş hərbi münaqişə, 1994-cü ildə atəşkəs haqqında imzalanan sazişdən bəri ən şiddətli döyüşlər idi. Hələ də düşüncələri 1990-cı illərdə qalan ermənilərin bu dəfə də üstünlük əldə etmə kimi yanlış fikirləri elə həmin dörd gündə alt-üst oldu. Döyüşlər Silahlı Qüvvələrimizin qələbəsi ilə nəticələndi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olundu.

Aprel döyüşləri bir abidəyə çevrildi. Məşəlli bir abidəyə... Yanarlığı ilə xalqa qarşıda işıqlı yolun, o yolun sonunda isə Zəfərin olduğuna işarə verdi.

Düşmənə verilən aprel dərsinin davamı

Lakin düşmən düşmənliyində, tamahkar tamahkarlığında qalar, deyiblər. Erməni olasan, tamah dişini çəkib atasan, bu mümkün olan iş deyil. Həm də 1990-cı illərin havası yuxarıda da qeyd etdiyim kimi, bu tayfanı nədənsə tərk edə bilmirdi. Bu səbəbdən aradan dörd il ötəndən sonra yenidən baş qaldırdılar. Bu dəfə isə özlərinin də vurğuladığı kimi, böyük hazırlıqla. 2020-ci ilin iyul ayının 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutdular. Silahlı Qüvvələrimizin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısı alındı. Döyüşün ilk saatlarında Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusu şəhid oldu, 5 nəfər yaralandı, onlardan biri daha sonra aldığı yaralardan dünyasını dəyişdi. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, döyüşlər zamanı Ermənistan Ordusunun şəxsi heyəti çoxsaylı itki vermişdi.

İyulun 13-də də qızğın döyüşlər getmişdi. Tovuz istiqamətində tərəflərin bir-birinə qarşılıqlı zərbələr endirməsi yenə də davam etmişdi. Ermənistan kütləvi informasiya vasitələri Ermənistan hərbi bölmələrinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində yerləşən Qaraqaya yüksəkliyini ələ keçirməsi barədə məlumat yaysalar da, Azərbaycan Müdafiə Nazirliyi yayılan məlumatları təkzib edib və heç bir ərazi itkisinin olmadığını, mövqelərin əvvəlki qaydada qaldığını bildirmişdi. Döyüş zamanı Ermənistan artilleriyası toplarla Tovuzun Dondar Quşçu və Ağdam kəndlərini də atəşə tutmuşdu.

14 iyul döyüşləri isə yaddaşımıza həm ağır, həm də silinməz hadisə ilə həkk olundu. Həmin gün Ermənistan Silahlı Qüvvələrinin bölmələri səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmuşdu. Erməni Ordusunun hücumu nəticəsində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən 5 hərbi qulluqçumuz da həlak oldu. Bu döyüşlərdə yaralananlaratımız da var idi. Ermənistanın artilleriya atəşləri nəticəsində Ağdam kəndinin 76 yaşlı sakini həlak olmuşdu.

Biz torpaqlarımız-namusumuz uğrunda general-mayorumuzu, polkovnikimizi itirdik. Bununla sübut etdik ki, bu ölkədə sıravi əsgərdən tutmuş general- mayoradək, polkovnikədək hər kəs ərazi bütövlüyü uğrunda canından keçməyə hazırdır. Ta ki, Vətən tam olsun. Ta ki, əzəli torpaqlarımız, ata-baba yurdlarımız düşmən tapdağı altında qalmasın.

14 iyul hər bir azərbaycanlının qəlbində bir abidə ucaltdı. Bu abidə Polad Həşimov və İlqar Mirzəyev abidəsidir. Bu abidədə iyul döyüşlərində canından keçən bütün döyüşçülər iki yüksək rütbəli zabitimizin ətrafında birgə ucalıb. Bu abidə elə bir abidədir ki, əsrlər sonra da torpaqlarımızın azadlığına gedən yolda xatırlanacaq. Onların əziz xatirəsi hər zaman anılacaq, gələcək nəsillərə qürurla danışılacaq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev həmin günlər bildirdi: “Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”.

Beləliklə, iyul döyüşləri bizim qürurumuzla yanaşı, həm də aprel döyüşləri zamanı düşmənə verilən dərsin davamı oldu.

Aprel abidəsi Zəfər abidəsinə çevrildi

Apreldən sentyabra-Zəfərə gedən yolda bu abidə həm də məşəl oldu. Həşimov və Mirzəyev bu məşəli əlləri ilə yandırıb bu yolu işıqlandırdılar. 44 günlük payızda əldə etdiyimiz Zəfər bu məşəllə işıqlandı, 44 günün hər bir şəhidi, qazisi bu məşəlin şölələrində əllərini isidib payızın sazağında, soyuğunda düşmənlə mübarizə apara bildilər.

Bu abidə ətrafına cəmi iki aydan sonra minlərlə şəhidi, yüzlərlə qazini topladı. Onlar abidədə dəmir yumruğa çevrildilər. Bütün dünyaya sübut etdilər ki, müzəffər Ali Baş Komandanın dəmir yumruğu ətrafında cəmlənmiş yumruqlardır. Yeri gələndə düşmənin başına çırpılmağa hazır olan bu yumruqlar bir daha torpaqlarımızın bir qarışının belə itirilməsinə imkan verməyəcək.

2016-cı ilin Aprel, 2018-ci ilin Günnüt əməliyyatı qələbələri ilə 2020-ci ilin Tovuz döyüşlərində ermənilərin gücsüzlüyünü ortaya qoydu, eləcə də Tovuz döyüşləri sentyabrda başlayacaq İkinci Vətən Müharibəsinə zəmin yaratdı. Artıq yeni torpaqlar iddiasında olan düşmənə bundan gözəl cavab ola bilməzdi. Ermənini yerində oturtmağın zamanı gəlib çıxmışdı.

Aprel, may və iyul döyüşlərindən görünür ki, yetərincə dərs almayan düşmən sentyabr ayında yeni hücum əməliyyatlarına başlayanda bunu sübut etdirdi ki, bəli, o, həmin döyüşlərdən ibrət dərsi götürməyib. Belə olan təqdirdə isə onları yerlərində oturtmaqdan başqa çarə qalmadı.

Sentyabrın 27-də Ali Baş Komandandan əmr alan Azərbaycan Silahlı Qüvvələri hücuma başladı. Birinci Vətən Müharibəsindən başlanan yol İkinci Vətən Müharibəsində başa çatdı. Bu yolun hər addımında maneə olan erməni cəmi 44 gün içərisində elə yerində oturduldu, elə diz çökdü ki, əsrlər sonra da özünə gələ, səsini çıxara, Azərbaycan torpaqlarına tərəf baxa bilməz.

Bəli, 44 günlük müharibə həm Birinci Vətən Müharibəsi, həm də aprel, may, iyul döyüşlərinin iştirakçılarının qisası ilə nəticələndi. Eyni zamanda, minlərlə qaçqın, köçkün, didərgin adını illərlə üzərində daşıyan insanların intiqamını aldı düşməndən. Onların 30 ildə çəkdikləri torpaq həsrətinin, ata yurdu yanğısının, doğma ev-eşik nisğilinin səbəblərini cavablandırmağı tələb etdi düşməndən.

Düşmən tamahının, yalan və fırıldağının, qəddarlığının, illərdən bəri həyata keçirdiyi işğalçılıq siyasətinin, törətdiyi soyqırımı və faciələrin hər birinin cavabını aldı. “Böyük Ermənistan” xülyası nəhayət ki, əsrlər sonra XXI əsrdə boşa çıxdı. Ermənistanın vətəndaşına tutduğu divan da meydana çıxdı. İnsanları zorla döyüşməyə vadar etdiklərinin, bunun üçün küçələrdən gəncləri, qadınları, qocaları zorla maşınlara yığılıb cəbhəyə göndərdiklərinin, bütün bunların isə burada yaşayanların etirazına səbəb olduğunun şahidi olduq. Şahidi olduq ki, bu tayfa həqiqətən də yer üzündə görünməmiş vəhşi bir qəbilə imiş. 30 ildə daşı daş üstündə qoymadıqları rayonlarımızda gördük ki, onlar tək insan qatili deyil, həm də o insanların yurdlarının qatili imişlər.

Torpaqlarımız bir-bir azad olduqca, üçrəngli bayrağımız doğma torpaqlarımızda dalğalandıqca, Zəfər dalğası ilə düşmənin bağrı çatladı, gözləri kor oldu.

O apreldən bu aprelə

O apreldən bu aprelə bizi düz doqquz illik zaman fasiləsi ayırır. 2016-cı ilin apreli, 2022-ci ilin apreli. O apreldən bu aprelədək 2016-cı ildə Aprel döyüşləri, 2018-ci ildə Günnüt əməliyyatı, 2020-ci ildə İyul döyüşləri, həmin ilin sentyabrda başlanan Vətən müharibəsi, 44 günlük müharibənin Zəfərlə bitməsi, Qarabağın işğaldan azad olunması və soydaşlarımızın ata-baba yurdlarına qayıtması üçün görülən genişmiqyaslı quruculuq və bərpa işləri tariximizin şanlı səhifələrini təşkil edir.

Görünür, ötən zamanın sadalanan hadisələri düşmənin başına bu hadisələr böyüklükdə daş salsa da, paxıllıq və riyakarlıq hisslərinə heç bir təsir göstərməyib. Göstərə də bilməzdi. Çünki bu hisslər onların xislətindədir və tarixin bütün dönəmlərində bu, dəyişməz olaraq qalıb. Ermənistan Silahlı Qüvvələri Vətən müharibəsindən sonra sərhədlərimizdə bir neçə dəfə münaqişə törətmək istəyib. Deməli, biz tarixin özünün də xisləti qarşısında məəttəl qaldığı elə bir tayfa ilə qonşuyuq ki, bunlar arın, abır-həyanın, utanmağın nə olduğunu əsla bilmirlər. Öyrənmək isə onların xislətində yoxdur. Bunun əvəzinə digər qonşularından həmişəki kimi yenə də dəstək alıb utanmazcasına sərhədlərimizə atəş açır, nə istədiklərini anlamadan yenə də başqalarının tapşırıqlarına baş əyirlər. Sual olunur, nə vaxtadək? Axı bütün cəhdləriniz boşa çıxır. Heç nəyə nail ola bilmirsiniz. Bunu görmək nə qədər çətindir ki?..

Azərbaycan öz torpaqlarını qorumağa qadirdir. 30 il sonra işğaldan azad etdiyi torpaqları isə göz bəbəyi kimi qoruyur. Biz son nəfərimizədək canımızdan keçərik, lakin bir qarış torpağımızın düşmən əsarətinə keçməsinə razı olmarıq. Bunu düşmən hələ də anlamayıbsa, özündən küssün. Qarşıda onu nələrin gözləyəcəyini düşünsün.

O aprel də, bu aprel də bir abidədir: igidlik, qəhrəmanlıq abidəsi. Zəfərə gedən yolun üzərində olan bu abidə daim qürurla dayanacaqdır. Neçə aprellər sonra da...

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri