Günümüzdə ən təhlükəli qidalanma trendi nədir? Həkimlər xəbərdarlıq edir
Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.
Son illər sağlam qidalanma adı ilə yayılan bəzi qida trendləri əks təsir göstərir.
BAKU.WS xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, sosial şəbəkələrdə populyarlaşan "tez nəticə verən" pəhrizlər və qida rejimləri bir çox hallarda sağlamlıq üçün ciddi risklər yaradır.
Endokrinoloq-diyetoloqlar bildirir ki, hazırda ən təhlükəli trendlərdən biri detoks pəhrizləri və karbohidratsız qidalanmadır. Onun sözlərinə görə, bu cür qidalanma formaları bədəndə enerji çatışmazlığına, maddələr mübadiləsinin pozulmasına və hormonal tarazlığın pozulmasına səbəb olur.
Karbohidratları tamamilə kəsmək orqanizmi ac qalmağa məcbur edir. İnsan ilk həftələrdə çəki itirsə də, bu, əsasən su və əzələ kütləsidir. Uzunmüddətli təsiri isə daha təhlükəlidir – sinir sistemi zəifləyir, zehni performans aşağı düşür, qadınlarda menstruasiya pozuntuları yarana bilər.
"Detoks" adı ilə aclıq
Qısa müddətli "detoks" proqramları orqanizmin təmizlənməsinə yardımçı olmaq adı ilə təqdim olunsa da, həkimlər bunun bədənin təbii funksiyalarına zərər verdiyini bildirirlər. Qaraciyər və böyrəklər onsuz da orqanizmdəki toksinləri təmizləyir. Onları dəstəkləmək yerinə, aclıqla yükləmək əks nəticə verir.
Gündəlik menyuda balanslı şəkildə zülal, karbohidrat, yağ və liflər yer almalıdır;
Ekstremal pəhrizlərdən qaçmaq, əvəzində qidalanma vərdişlərini tədricən dəyişmək tövsiyə olunur;
Sosial mediada yayılan pəhrizləri tətbiq etməzdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
Ekspertlərin yekun çağırışı:
"Tez arıqlamaq istəyiniz sağlamlığınıza baha başa gələ bilər. Qidalanma mövzusunda dəbə yox, elmi əsaslara etibar edin".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 02 Avqust 2025 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















