Icma.az
close
up
RU
Günümüzdə Azərbaycanda söz və məlumat azadlığı ən yüksək səviyyədə qorunur

Günümüzdə Azərbaycanda söz və məlumat azadlığı ən yüksək səviyyədə qorunur

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Milli Mətbuatımızın yaranmasının 150 illik yubileyinə hazırlaşdığımız bir vaxtda eyni zamanda Dünya Mətbuat Azədlığı Gününü də qeyd edirik. Məlum olduğu kimi hər il 3 may tarixi Dünya Mətbuat Azadlığı Günü kimi qeyd edilir.

Mövzu ilə bağlı Newscenter.az xəbər portalının redaktoru, "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədri Süleyman İsmayılbəyli qəzetimizə deyib ki, yaxın tarixə nəzər salsaq görərik ki, Dünya Mətbuat Azadlığı Gününün qeyd edilməsi sovetlərin dağılması zamanına təsadüf edir. Belə ki, XX əsrin son onilliyində qlobal miqyasda cərəyan edən proseslər, eləcə də həmin proseslər fonunda dünyada yaranmış reallıqlar, meydana çıxan siyasi mənzərəni nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Fransada bir araya gələrək tarixi qərara imza atdılar. Dünyanın aparıcı kütləvi informasiya vasitələri və media subyektlərinin səlahiyyətli şəxsləri, jurnalistlər Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması üçün platforma təşkil etdilər və birgə mübarizənin zəruriliyini vurğuladılar.

Beləliklə, 1991-ci il mayın 3-də UNESCO qeyd edilən məqsəd və vəzifələri özündə ehtiva edən sənədi dəstəklədi. Namibiyanın Vinduk şəhərində qəbul olunmuş Bəyannamə ilə 3 may Dünya Mətbuat Azadlığı Günü kimi təsis edildi. Eyni zamanda həmin sənədin dünya çapında təsdiqi və yayılması üçün təklif BMT-yə göndərildi. Beləliklə, 1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Dünya Mətbuat Azadlığı Günü elan olundu.

Bu gün ərəfəsində dünyanın dörd bir tərəfində keçirilən tədbirlərdə söz və mətbuat azadlığının əsas prinsiplərindən bəhs edilir, bu və ya digər ölkədə ifadə azadlığının durumu, eləcə də onun inkişaf perspektivləri müzakirə edilir. Ayrı-ayrı ölkələrin mətbuatın müstəqilliyinin təmin olunması istiqamətində atdığı addımlar təhlil olunur, medianın, kütləvi informasiya vasitələrinin insan hüquq və azadlıqlarının müdafiəsində roluna diqqət çəkilir, bu istiqamətdəki mövcud vəziyyətə nəzər salınır: “3 may, Dünya Mətbuat Azadlığı Günü dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da bəlli bir səviyyədə qeyd edilir. Ümumiyyətlə, Azərbaycan dövləti, hakimiyyəti, xüsusən dövlət başçısı azad medianın, sərbəst media mühitinin olmasını önə çəkib, dəstəkləyib. Bu baxımdan 3 may, Dünya Mətbuat Azadlığı Gününə dövlət, onun müvafiq qurumları, eyni zamanda media subyektləri, ayrı-ayrı kütləvi informasiya üstünlük verirlər və həmin gün Azərbaycanda da dövlət və KİV tərəfindən dəstəklənir. Əslində bunun alternativini də söyləmək mümkün deyil. Çünki müstəqil Azərbaycan dövləti ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir, müntəzəm olaraq qeyd edilən istiqamətlərdə daha da irəliləyə nail olmaq, tərəqqi əldə etmək üçün müvafiq addımlar atır, lazımı sənədlər, proqramlar təsdiq edir. Bir sözlə Azərbaycan dövləti, onun rəhbərliyi azad sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılmasını əsas prioritet hesab edir, zəruri addımlar atır”.

O, qeyd edib ki, günümüzdə 3 may Dünya Mətbuat Azadlığı Gününü ən yüksək səviyyədə qeyd etməyə hər cür haqqı olan ölkələrdən biri, bəlkə də elə birincisi məhz Azərbaycandır. Çünki məhz Azərbaycan dövləti və şəxsən dövlət başçısının media, mətbata yönəlik diqqət və qayğısının nəticəsidir ki, günümüzdə Azərbaycanda söz və məlumat azadlığı ən yüksək səviyyədə qorunur. Vaxtı ilə 3 may Dünya Mətbuat Azadlığı Gününü təsis edənlərin, daha doğrusu, bu təşəbbüsü dəstəkləyən və ona qoşulan ölkələrin mütləq əksəriyyəti günümüzdə mətbatın, asad medianın düşməninə çevriliblər deyə bilərik. Başda Fransa olmaqla eləcə də media, fikir, söz azadlığından ağızdolusu danışan, bəhs edən, hətta yeri gələndə digər dövlətlərə diktə etməkdən belə çəkinməyən həmin ölkələr bu gün öz əməlləri ilə səlində mətbuatın, azad medianın ən böyük düşməni olduqlarını ortaya qoyurlar. Son bir neçə ay ərzində başda Paris olmaqla ölkənin bir sıra əyalətlərində keçirilən etiraz aksiyalarında polisin mətbuat içiləri, jurnalistlərə qarşı nə dərəcədə aqressivlik nümayiş etdirdiyini bütün dünya gördü. Baxmayaraq ki, fransız polisinin hədəfinə tuş gələn həmin jurnalist xüsusi geyimdə idi və polis bunu bildiyi halda belə aqressiyasından əl çəkmədi, azad fikri, düşüncəni yerindəcə boğdu. Eyni mənfi tendensiya bu gün dünyaya demokratiya dərsi keçməyə çalışan Birləşmiş Ştatlarda da təkrarlanır, insan hüquq və azadlıqlarından agız dolusu danışan Avropada da: “Bu gün həmin ölkələrdir ki, Azərbaycana demokratiya, mətbuat azadlığı, insan hüquq və azadlıqları dərsi keçməyə çalışırlar. Eyni zamanda bu demokratik prinsiplər üzərindən Bakıya təzyiq göstərməyə çalışırlar. Azərbaycanda fikir və mətbuat azadlığı pozulur, insan hüquq və azadlıqları təmin edilmir, sərbəst toplaşmaq hüququ tanınmır və s. kimi cəfəng iddilarla. Halbuki Azərbaycan qeyd edilən demokratik prinsiplərə müstəqilliyin ilk illərindən sadiqlik nümayiş etdirib və qeyd edilənlər istiqamətində müvafiq addımlar atıb. Onların təmini ilə bağlı müvafiq qanunvericilik aktları qəbul edilib. 1998-ci il avqustun 6-da Azərbaycan Prezidentinin Fərmanı ilə mətbuat üzərində senzura fəaliyyəti ləğv olundu. Senzuranın ləğvi və bu qəbildən digər tədbirlər müstəqil KİV-lərin inkişafını, vətəndaşların beynəlxalq hüquq normaları və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığını təmin etmişdir ki, bu da demokratik cəmiyyət quruculuğu yolunu seçən Azərbaycanın perspektiv hədəflərinə uyğun idi. Təbii ki, bütün bu sadalanan müsbət addımlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlı idi: “1998-ci ildə mətbuata dövlətin nəzarət mexanizmi olan senzuranı ləğv etməklə azad, müstəqil KİV-lərin inkişafı üçün geniş imkanlar açan Ulu Öndər imzaladığı sərəncamlarla cəmiyyəti maraqlandıran informasiya bolluğunun yaradılmasının təməlini qoymuşdur. Ölkədə xeyli sayda müstəqil mətbu orqanın və informasiya agentliklərinin, elektron KİV-lərin, jurnalist qurum və birliklərinin, bu sahəni əhatə edən qeyri-hökumət təşkilatlarının azad fəaliyyət göstərməsi üçün zəruri imkanlar yaradılıb. Ulu öndər Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə 2002-ci ildə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Heydər Əliyev siyasi kursunun uğurlu davamçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən azad mətbuatın inkişafına yönəlmiş bu siyasətə sadiq olduğunu atdığı addımları ilə təsdiqləyib. “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası”nın qəbul edilməsi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, sonradan Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması mətbuatın inkişafına göstərilən diqqət və qayğının ən bariz nümunəsidir. Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, jurnalistlərə mənzillərin verilməsi. mətbuatın 130, 135 və nəhayət, 140 illik yubileylərinin respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunması, jurnalistlərin fəxri adlarla mükafatlandırılması, bir neçə peşəkar jurnalistin Prezident təqaüdünə layiq görülməsi, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması atılan addımlar sırasındandır. Bütün bular medianın inkişafına dövlət qayğısının ən bariz göstəricisi olmaqla yanaşı, söz və mediaya verilən dəyər, fikir və ifadə azadlığına göstərilən diqqətdir.

Ölkəmizdə söz, mətbuat azadlığının təminatçısı olan Prezident İlham Əliyev həm də jurnalistlərin ən yaxın dostudur. Dövlətimizin başçısının son on ildə iki dəfə “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin keçirdiyi sorğu əsasında “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi ötən dövr ərzində mətbuatın inkişafına göstərilən diqqət və qayğıya media ictimaiyyətinin baxışı və verdiyi dəyəridir.

Hazırda Azərbaycanda dünya standartlarına uyğun media, elektron və yazılı KİV-lər formalaşmışdır. Müstəqil KİV-lərin sayına görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında qabaqcıl mövqelərdən birini tutur”.

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 Aprel 2025 23:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see201

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see196

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see189

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see185

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see178

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see166

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see163

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see140

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see139

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see135

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see134

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see132

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see131

Müharibədə daha bir idmançı öldü

03 Noyabr 2025 06:28see129

Toral Bayramov əli Kriştiano Ronaldonun çiynində Foto

03 Noyabr 2025 08:32see128

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see127

İsraildən Türkiyə etirafı: Toz halına saldılar

03 Noyabr 2025 10:47see126

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see126

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see121

Keçmiş qayınanam üçün darıxıram

03 Noyabr 2025 19:48see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri