Icma.az
close
up
RU
Günümüzün bəlası Dünyada hər il 10 milyona yaxın insan xərçəngdən həyatını itirir

Günümüzün bəlası Dünyada hər il 10 milyona yaxın insan xərçəngdən həyatını itirir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür

Bakı, 4 fevral, Göyçək Mahmudlu, AZƏRTAC

Bu gün Ümumdünya Xərçənglə Mübarizə Günüdür.

Bu günün tarixi 2000-ci il fevralın 4-də Xərçəngə Qarşı Paris Xartiyasının imzalandığı gündən başlayır. Xartiyada keyfiyyətli tibbi xidmətə bərabər çıxışın təmin edilməsi, xərçəng tədqiqatları üçün maliyyələşdirmənin artırılması, daha yaxşı başadüşülmə və ən əsası, bu xəstəliklə yaşayan bütün insanların ləyaqətinə hörmət edilməsi zəruriliyi elan olunub. Xartiya beynəlxalq xərçəng təşkilatları tərəfindən qəbul edilib.

2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir.

Təqvim gününün məqsədi ictimaiyyətin diqqətini həmin qlobal problemə cəlb etmək, insanlara xərçəngin bu gün nə qədər təhlükəli və geniş yayıldığını xatırlatmaq və xərçəngdən ölüm hallarını əhəmiyyətli dərəcədə azaltmaqdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar bu günü dəstəkləyir.

Xərçəng bədənin istənilən hissəsinə təsir edə bilən 100-dən çox xəstəliyi ifadə edən ümumi bir termindir. Xərçəngin xarakterik xüsusiyyətlərindən biri normal hüdudlarından kənara çıxan anormal hüceyrələrin sürətlə əmələ gəlməsidir. Həmin proses metastaz adlanır. Metastaz xərçəng ölümünün əsas səbəbidir.

Hazırda dünyada təxminən 44 milyon insan xərçəng diaqnozundan sonra sabit remissiyada yaşayır. ÜST-nin məlumatına görə, xərçəng xəstələrinin təxminən 70 faizi şüa terapiyasına ehtiyac duyur. Hər il təxminən 10 milyon insan xərçəngdən dünyasını dəyişir.

Xərçəng xəstəliyi faciədir. Lakin mütəxəssislər xərçəngin səbəblərinin artıq yaxşı başa düşüldüyünü və bunun yeni halların təxminən üçdə birinin qarşısını almağa imkan verdiyini söyləyirlər. Xərçəng erkən mərhələdə aşkar edilərsə, uğurlu müalicə mümkündür. Onkoloqların fikrincə, demək olar ki, bütün erkən mərhələli şişlər müalicə olunur və halların 99 faizi cərrahi yolla müalicə edilə bilər. Bundan əlavə, tütün tüstüsü kimi məlum kanserogenlərə məruz qalmamaqla xərçəng hallarının 40 faizə qədərinin qarşısını almaq olar.

Xərçəngin dünya miqyasında ölümün əsas səbəblərindən biri olduğu heç kimə sirr deyil və tibb mütəxəssisləri xərçəngdən ölüm hallarının artmağa davam edəcəyini proqnozlaşdırırlar. Hər il xərçəng ölümlərinin əksəriyyəti süd vəzi, ağciyər, yoğun və düz bağırsaq, prostat, dəri və mədə xərçənglərindən baş verir. Həmin ölümlərin üçdə biri davranış və qidalanma ilə əlaqəli beş əsas risk faktorundan qaynaqlanır: yüksək bədən kütlə indeksi, meyvə-tərəvəz istehlakının qeyri-kafi olması, fiziki hərəkətsizlik, tütün və alkoqol istifadəsi və hava çirkliliyi.

Yeri gəlmişkən, siqaret çəkmək xərçəng üçün ən əhəmiyyətli risk faktorudur və qlobal xərçəng ölümlərinin 22, ağciyər xərçəngindən ölümlərin isə 71 faizini təşkil edir. HBV/HCV və HPV kimi xərçəngə səbəb olan infeksiyalar aşağı və orta gəlirli ölkələrdə xərçəng ölümlərinin 20 faizinin səbəbidir.

Uşaq onkologiyasında ən çox yayılmış şiş bədxassəli bir şiş olan neyroblastomadır. Hər il təxminən 400 min uşağa xərçəng diaqnozu qoyulur.

Qeyd edək ki, fevralın 15-i Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü kimi qeyd olunur.

2025-2027-ci illər üçün Ümumdünya Xərçənglə Mübarizə Gününün mövzusu olan "Unikallıqla birləşək" insanları mərkəzə qoyur və fərq yaratmağın yeni yollarını araşdırır.

Azərbaycanda onkoloji xidmət böyük və uğurlu inkişaf yolu keçib

Azərbaycanda xərçəng xəstəliyinin rastgəlmə tezliyinə görə kişilər arasında ağciyər, qadınlar arasında süd vəzi xərçəngi birinci yerdə dayanır. Respublikada xərçəng xəstəliklərinin müalicəsi üzrə ciddi tədbirlər həyata keçirilir və bu iş sistemli şəkildə davam etdirilir. Ölkəmizdə onkoloji xidmət böyük və uğurlu inkişaf yolu keçib. Xərçəng xəstəliyi kompleks müalicə tələb edir. Akademik Cəmil Əliyev Azərbaycanda kompleks onkologiya xidmətlərinin faktiki olaraq banisi və Milli Onkologiya Mərkəzinin təsisçisidir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində hazırda Milli Onkologiya Mərkəzi ən müasir avadanlıqla təchiz olunub. Mərkəz respublikanın əhalisinə yüksəkixtisaslı onkoloji yardımın həyata keçirilməsində elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas qurumdur.

Milli Onkologiya Mərkəzi təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqaz bölgəsində bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikası problemlərini tədqiq edən, 1500 çarpayılıq klinik bazaya malik ixtisaslaşmış elmi-tədqiqat müəssisəsidir. Mərkəzdə xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltmək məqsədilə müalicələr bir məkanda aparılır. Yəni mərkəzə müraciət edən xəstələr burada kimya və şüa terapiya müalicələri ala, eyni zamanda, cərrahi əməliyyat oluna bilərlər. Məlumdur ki, bədxassəli xəstəliklərin uğurlu müalicəsinin əsasını erkən diaqnostika təşkil edir, xəstəlik tez aşkarlandığı halda daha effektiv nəticə əldə etmək mümkün olur. Bu məqsədlə iki Səyyar Diaqnostika Kompleksi təşkil olunub. Kompleksin tərkibində 1 mammoqraf, 1 rentgen, 1 ultrasəs aparatı var. Burada əsas məqsəd skrininqdir, yəni şişönü və şiş xəstəliklərinin erkən aşkar edilməsidir. Ölkənin müxtəlif bölgələrində, ucqar rayonlarda yaşayan vətəndaşlar təmənnasız olaraq müayinələrdən keçirilir, hər hansı patologiya aşkarlandıqda həmin xəstələr müvafiq profilli xəstəxanalara göndərilir.

Mərkəzdə 4 kimyaterapiya şöbəsi mövcuddur. Milli Onkologiya Mərkəzinin nəzdində respublikada birinci olan Uşaq onkoloji klinikası Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə 2012-ci ilin martında açılıb.

Onkoloji xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsi məqsədilə müxtəlif beynəlxalq təşkilatlarla, nüfuzlu tibb müəssisələri ilə sıx əlaqələr yaradılıb və digər ölkələrin onkoloqları ilə müştərək elmi işlər aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see889

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see337

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see319

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see310

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see217

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see203

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see194

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see194

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see190

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see189

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see172

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see171

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see170

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see169

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see169

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see161

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see144

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri