Icma.az
close
up
RU
Günün ulduz falı 14 fevral

Günün ulduz falı 14 fevral

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qoç - işgüzar məsələlərin həlli üçün uğurlu gündür. Yaşam potensialının səviyyəsi yüksəkdir, enerjiniz və ruhi qüvvəniz çoxdur. Uğura nail olmaq üçün bütün komponentlər var. Yeni, çətin və mürəkkəb işlər peyda olur. Fəqət, çəkinməyin və narahat olmayın: həmin işlərin öhdəsindən gələcəksiniz. Məqsədə doğru qətiyyətlə irəliləyin. Hansısa şəxs, hadisə və ya nəsnə sizə mane olmamalıdır.

Buğa - işgüzar müstəvidə çətinliklər ola bilər. Gəlirli sifvarişi əldən buraxmayın, ciddi maliyyə itkilərinə səbəb olacaq addımlar atmayın. İşdəki münasibətlərdə sərinlik yarana bilər. Saymazyana və yekəxana davranaraq sizə sataşan insanın tərbiyəsizliyini cavabsız qoymayın. Alınan məlumatı təhlil edin.

Əkizlər - yaşam potensialının səviyyəsi yüksək olmasa da, aktiv və qətiyyətli olun. Xoşagəlməz situasiyanın yaranmasının qarşısını almaq istəyirsinizsə, ehtiyatlı davranın, sözlərinizdə səlis olun. Səfərə və ya səyahətə yollanmayın.

Xərçəng - bütün fikrinizi şəxsi problemlərin həllinə yönəltsəniz, mühüm məsələ diqqətinizdən yayına bilər. Emosiyalar hərəkətlərinizə və qərarlarınıza təsir etməsin. Bunu hiss edən kimi dayanın. Başqasının hissləri hesabına özünüzü təsdiqləməyə çalışmayın.

Şir - səbrli olun, təmkinli davranın. Hadisələrin mövcud axarına süni müdaxilələrin nəticələrini əvvəlcədən təxminləməyə çalışın. İşdə tənbəllik etməyin. Bu gün istirahət və əyləncə zamanı deyil. Əsl hissləri və dostluğu heç nəyə məsul etməyən boş tanışlıqdan ayırın. Ətrafınızdakı insanlarla münasibətləri nizamlayın, emosiyalarınızda qayda yaradın.

Qız - yaradıcı və yaşam potensialınız yüksəkdir. Peşəkar fəaliyyətdə inadkar, qətiyyətli olun. Sevdiyiniz insanın qəlbini qırmayın. Səy və vaxtınızı əsirgəməsəniz, xüsusi əhəmiyyətə malik işdə uğura nail ola bilərsiniz. Bilik və bacarıqlarınızı kritik vəziyyətdə nümayiş etdirin. İşdə rəhbərliklə təmaslarda problem olmayacaq.

Tərəzi - romantik hisslər, əsassız istəklər və xülyalara aldanmayın. Macəra və sərgüzəştlər aramayın. Günün ilk yarısı sizdən mühüm qərarlar tələb edə bilər. Bu qərarlar müəyyən dərəcədə şəxsi həyatınızla bağlı olacaq. Günün ikinci yarısında imkalarınızı dəqiq qiymətləndirin, illüziyalara qapılmayın.

Əqrəb - problemi həll edin, kimlərinsə yaşamını, davranışını və ya mövqeyini dəyişməyə can atmayın. Stress səviyyəsini aşağı salın. Maraqlı informasiya arayın, sorğulara cavab verin. Şəxsi münasibətlərdə konkret yardım və qayğı sözlərdən daha üstündür.

Oxatan - problemlər və çətinliklər sevdiyiniz insanla, ailə üzvləri ilə münasibətlərdə problem yaratmamalıdır. Əlavə işə başlamaq, sifariş götürmək olar. Yaxın ətrafınızdakı insanlardan birinin problemlərinin həllində yardımçı olun. Münaqişələr sizdən yan keçməzsə, ifrat səmimi olmayın, sirlərinizi açmayın. Tərəfdaş və ya iş yoldaşınızın əməyini sərt tənqid etməyin.

Oğlaq - müəyyən mövzunun sizdən planlaşdırdığınızdan daha çox vaxt və səy tələb edə bilər. Şərtlərin tələb etdiyi seçim sizi yeni, maraqlı yola apardığından adət etdiyiniz və sevdiyiniz bəzi ünsürlərdən imtina etməli olacaqsınız. Asudə vaxtınızı istirahətə, alış-verişə sərf edin.Stressdən qurtulmaq üçün gərgin durumda adekvat hərəkət edin.

Dolça - xarici şərtlər və proseslər sizi daimi gərginlikdə saxlaya bilərlər. Səhhətinizin qeydinə qalın. Kiçik ağrıların orqanizm üçün ciddi problemə çevrilməsinə imkan verməyin. Tək çalışmaq üçün əlverişli gündür. İş çoxdursa, onu başqaları ilə bölüşməyin yolunu tapın. İşi təfərrüatlı və ciddi şəkildə görün, tələskənliyə yol verməyin.

Balıqlar - yaxın ətrafınızdakı insanlardan biri sizdən kömək gözləyir. Dostunuzun yardımı isə sizə konkret fayda verməsə belə, həssas olun. Günün ikinci yarısındakı tanışlıq ciddi deyil. Ailə üzvlərinin qayğısına qalın. Sevdiyiniz insanın hissləri ilə oynamayın, onu küsdürməyin.//Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://baku.ws
archiveBu xəbər 14 Fevral 2026 04:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see290

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see274

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see260

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see230

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see206

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see205

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see205

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see195

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see193

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see187

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see177

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri