Icma.az
close
up
RU
Günün ulduz falı 26 fevral

Günün ulduz falı 26 fevral

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qoç - səhər saatlarından etibarən aktiv olun. Fiziki iş üçün əlverişli zamandır. Rəqiblərlə mübarizədə geri çəkilməyin.Məntiqli və soyuqqanlı olun. Günün ilk yarısında planlarınıza ailə qayğıları, ev işləri mane ola bilər. Yaşananlara həddən ziyadə emosional reaksiya verməyin.

Buğa - dəyişikliklərə duyulan ehtiyac labüd olsa da, ifrat tənqidə varmayın. Həmkarlarınız və yaxınlarınızın könlünə dəymədən situasiyaya təsir variantını tapın. Müdriklik, praktik davranış sizə vaxtdan öz maraqlarınızın təminatı üçün yararlanmağa imkan verəcək. Tənbəllik etməyin, səliqəli və dəqiq olun.

Əkizlər - işgüzar və şəxsi münasibətlərdəki nüanslara diqqət yetirin. Tərəfdaşla təmaslar, işlə bağlı öhdəlik və vədlər önəmli məsələlərdir. Yükün paylaşdırılması və məsuliyyətin bölüşdürülməsində ədalətli davranmaq gərəkdir. Ədalətli olun, başqalarından da bunu tələb edin. Rəqabət güclənir.

Xərçəng - cari işlərdə ətalətə qapılmayın, yaranan şansları dəyərləndirin. Enerji səviyyəsi çox olduğundan konstruktiv fəaliyyəti seçin. Ünsiyyət fərqli hisslər vəd edir. Günün ilk yarısında fikir ayrılığı və mübahisələr istisna deyil.

Şir - hansı insanların indi sizin maraqlarınıza dəstək ola biləcəyini intuitiv aydınlaşdırın. Tərəf və əks-tərəfləri müəyyənləşdirin. Övladlarınız varsa, onlara nüfuzunuzla təzyiq etməyin. Ailə problemini birgə fəaliyyət və məhsuldar əməkdaşlıq artıq sözlər olmadan çözə bilər.

Qız - yaxın ətrafınızdakı insanların mənafelərini nəzərə alın, onların qayğısına qalın. Səmimi və gülərüz davranmaq çətin deyil. İşdə mühüm xəbər, məlumat ola bilər. Maddi perspektivlərinizlə bağlı situasiya aydınlaşır. "Stavka" etdiyiniz işi başa çatdırın. Şəxsi münasibətlərdə yeniliklər istisna deyil. İlkin razılaşma, hadisələrin inkişaf xəttinin aşkarlanması yönlərində konkret nəticələr əldə etməyə çalışın.

Tərəzi - bir qədər nəfəs alın, ətrafı diqqətlə müşahilə edin. Yeni orientirlər seçmək zamanıdır. Sizi yeni məlumat və ya fərqli işdə iştirak etmək zərurəti gözləyir. Daxili gərginlik səviyyəsini aşağı salın. İddialarınızı kontrol altında saxlayın.

Günün ikinci yarısındakı proseslər sınaqdır.

Əqrəb - səbrli olun, ətrafı müşahidə edin. Korporativ intriqalara qatılmayın. Enerjinizi işə yönəldin, çətin məsələləri həll etməyə çalışın. Həll variantı dəqiq və qəfil ola bilər. Axşam saatlarında aktiv istirahəti seçin.

Oxatan - ətrafınızdakı insanlardan biri ilə əlaqələrin heç bir perspektivi olmadığını anlayacaqsınız. Yeni işlərə başlamağa tələsməyin. Alış-verişdə bədxərclik etməyin. Axşam saatlarında nəyisə dəyişməklə bağlı zərurət yarana bilər.

Oğlaq - aktiv olun, ətalətə qapılmayın. Gün ciddi yeniliklər və dəyişikliklər vəd etməsə də, yaşananları diqqətlə izləyin. Emosional davranmayın. Stressə qapılmayın. Diqqətli olun ki, başa çatdırdığınızı düşündüyünüz işi yenidən görməyəsiniz. Əks cins mənsubu ilə mübahisə etməyin. Diskussiyanın genişlənməsinə və ağırlaşmasına imkan verməyin.

Dolça - şəxsi münasibətlərdə köhnə umu-küsü və fikir ayrılıqları ön plana çıxacaq. Günün ikinci yarısında nüfuz və mövqelərinizə təsir edə biləcək situasiyalarda səbrli, təmkinli olun. Sözlər və bəyanatlar hadisələrin sonrakı inkişafı baxımından önəmlidir.

Balıqlar - ayın ən önəmli günlərindən biridir. Hadisələrin inkişaf məcrası müəyyənləşir. Yeni ideyalar və ya maraqlı fəaliyyətin böyük ruh yüksəkliyi ilə başlanmış ilkin mərhələsi real sonuclara yönəlmiş daha ciddi, dərin işlə əvəzlənə bilər.//Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Fevral 2026 07:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri