Icma.az
close
up
RU
Günvurma zamanı nə etmək lazımdır? Terapevtdən AÇIQLAMA

Günvurma zamanı nə etmək lazımdır? Terapevtdən AÇIQLAMA

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Havaların isti keçməsi ilə əlaqədar son üç gün ərzində (10.07.2025–13.07.2025) günvurma diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 4 nəfər müraciət edib.

Bəs günvurma zamanı nə edilməlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verəm həkim-terapevt Sübhan Hacıyev bildirdi ki, isti, qızmar yay aylarında təcili tibbi yardım şöbələrinə istivurma və günvurma diaqnozları ilə müraciət edənlərin sayı adətən çox olur:

"Bu, daha çox insanların uzun müddət günəş şüaları ilə vertikal vəziyyətdə beyin qabığına təsir etdiyi üçün olur. Günvurmanın 3 dərəcəsi var. Birinci dərəcədə adətən hərarət çox olmur, ümumi halsızlıq, yorğunluq, başgicəllənmə simptomları olur. Bu zaman həmin insanı sərin yerə aparmaq və bol-bol sərin maye verməyimiz kifayət edir. İkinci dərəcə isə 38°, 38.5° temperaturda, ümumi halsızlığın daha da artdığı, huşun alaqaranlıqlaşması, ürək bulanmalar, hətta qusmalardan ibarətdir. Üçüncü dərəcə günvurma isə daha çox 39.5° qızdırmadan yuxarı hipertermik sindrom dediyimiz bir durumun yaranmasıdır. Bu hərarət 41°-ə qədər qalxa bilir".

Müsahibimizin sözlərinə görə, üçüncü dərəcə günvurma zamanı beyin qan dövranı pozulur.

"Orqanizmdə su-duz mübadiləsi pozulduğu üçün, bizə lazımlı elektrolitlərin bədəndən çıxması nəticəsində qıcolmalar, epileptik qıcolmalar, kamatoz vəziyyət, ümumi halsızlıq və s. kimi durumlar həyati təhlükə daşıyır və belə xəstələr dərhal reanimasiya şöbəsinə yerləşdirilir.

Bütün bunları nəzərə alaraq, insanlarımıza qızmar günəş altında gəzməyi tövsiyə etmirik. Xüsusilə dənizə səhər saatlarında 12-yə qədər, yaxud axşam saat 5-6-dan sonra getməyi məsləhət görürük. Birbaşa 20-30 dəqiqədən çox qızmar günəş altında qalmasınlar. Bu, həm dəri yanıqlarından, həm də günvurmadan qorumuş olacaq. Həmçinin bol-bol su içmək, meyvə yemək lazımdır",- deyə terapevt sonda vurğuladı.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 İyul 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri