Gürcü arxeoloqlar Dmanisi rayonu ərazisində erkən hominidə aid alt çənə sümüyü aşkar ediblər
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Tbilisi, 31 iyul, AZƏRTAC
Gürcüstanın Kvemo Kartli bölgəsində azərbaycanlıların yığcam yaşadıqları Dmanisi bələdiyyəsinin Orzman (ikinci adı Aşağı Oruzman) kəndi yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı erkən hominidə aid alt çənə sümüyü aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, tapıntı arxeoloq Giorgi Bidzinaşvilinin rəhbərlik etdiyi ekspedisiya tərəfindən aşkar edilib. Mütəxəssislərin fikrincə, çənə sümüyü təxminən 1,8 milyon il əvvələ aid olub və Dmanisidə əvvəllər tapılmış hominid qalıqları ilə eyni dövrə təsadüf edir.
Ərazidə, həmçinin ibtidai heyvanların sümükləri və primitiv daş alətlər də tapılıb. Gürcü akademik Davit Lordkipanidze bu kəşfin erkən insan təkamülü və onların ilk məskunlaşma prosesi ilə bağlı elmi araşdırmalar üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Tapılmış materiallar Gürcüstan Milli Muzeyinə təhvil veriləcək və burada onların üzərində ətraflı laboratoriya tədqiqatları aparılacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 31 İyul 2025 22:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















