Icma.az
close
up
RU
Pasiyentin öz sümüyü ilə yeni çənə quruldu VİDEO

Pasiyentin öz sümüyü ilə yeni çənə quruldu VİDEO

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində unikallığı ilə seçilən aşağı çənənin bərpası üzrə unikal və yüksək texnoloji cərrahi əməliyyat uğurla icra olunub.

Bu barədə "Unikal"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bu əməliyyat mərkəzdə ilk dəfə olaraq 2026-cı ilin mart ayında Səhiyyə Nazirliyinin tapşırığı ilə yaradılmış plastik və rekonstruktiv cərrahiyyə şöbəsinin həkimləri tərəfindən icra edilib.

Əməliyyat təxminən 10 saat davam edib və bir neçə ixtisas üzrə cərrahi briqadaların iştirakı ilə həyata keçirilib. Baş-boyun nahiyəsi üzrə əməliyyat üz-çənə cərrahı-onkoloq, tibb elmləri doktoru, professor Məhəmməd Davudov və şöbə müdiri, plastik-rekonstruktiv cərrah, tibb elmləri doktoru Elçin Məmmədov tərəfindən icra edilib.

Mikrocərrahi transplantasiya mərhələsi isə üz-çənə cərrahı, tibb üzrə fəlsəfə doktoru Kamil Abdullayev və üz-çənə cərrahı Vəlican Abasov tərəfindən həyata keçirilib.

Əməliyyatın uğuru dəqiq rəqəmsal planlaşdırma, ixtisaslaşmış tibbi avadanlıqlar və anestezioloqlar, onkoloqlar, üz-çənə və plastik-rekonstruktiv cərrahların koordinasiyalı fəaliyyəti nəticəsində mümkün olub.
Bir il yarım əvvəl pasiyentə baş-boyun nahiyəsində yerləşən geniş yayılmış bədxassəli törəmə səbəbilə aşağı çənənin yarısı çıxarılmış və onun yerinə titan konstruksiya yerləşdirilib. Müasir tibbi texnologiyaların tətbiqi sayəsində həyata keçirilən son əməliyyat zamanı əvvəlcədən qoyulmuş titan lövhə çıxarılıb, aşağı çənənin yarısı pasiyentin öz sümüyü — fibula (incik sümüyü) vasitəsilə yenidən qurulub.

Mikrocərrahi üsulla icra olunan rekonstruksiya zamanı sümük strukturu pasiyentin ayağından götürülərək üz nahiyəsinə transplantasiya edilib və damarlar yüksək dəqiqliklə birləşdirilib. Bu yanaşma onkoloji əməliyyat nəticəsində itirilmiş üz nahiyəsinin həm funksional, həm də estetik baxımdan bərpasına imkan verir. Mütəxəssislərin sözlərinə görə, gələcək mərhələdə bərpa olunmuş sümüyə dental implantların yerləşdirilməsi planlaşdırılır ki, bu da pasiyentin həyat keyfiyyətinin tam bərpasına şərait yaradacaq.
Mərkəzdə bu kimi yüksək texnologiyalı əməliyyatların icrası ölkədə rekonstruktiv cərrahiyyənin inkişafına və vətəndaşların müasir tibbi xidmətlərə çıxış imkanlarının genişlənməsinə mühüm töhfə verir.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:334
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 Aprel 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see403

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see277

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see254

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see229

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see228

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see221

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see208

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see197

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see194

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see193

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see192

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see185

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see184

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see183

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see179

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see178

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see178

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see167

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see165

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri