Icma.az
close
up
RU
Gürcü Arzusu “gürcü seçimi” ilə üzüzə

Gürcü Arzusu “gürcü seçimi” ilə üzüzə

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstandakı siyasi gərginlik və cəmiyyətin parlament seçkilərindən sonra iki qütbə parçalanmasının başlıca səbəbi kimi bölgədəki Qərb-Rusiya çəkişməsi göstərilir. Əslində isə gürcü ictimai rəyinə heç də az təsir etməyən daha bir amil var – Tiflisdən ayrı düşən Abxaziya və Cənubi Osetiya. Bu faktor Gürcüstanın daxili siyasi həyatına nüfuz edən ən güclü indikator rolunu qoruyub saxlamaqdadır. “Rusiya ilə dostluq edək, yoxsa Qərb yolunu tutaq” dilemmasının qidalandığı əsas ziddiyət mənbəyi də məhz bu problemdir.

2003-cü ildə sabiq prezident Mixail Saakaşvilinin hakimiyyətə gəlişi ilə start götürən sərt qərbyönümlü siyasət Gürcüstana bir çox ilkləri qazandırsa da, torpaqların itirilməsinə baiskar olan da məhz bu radikal kursdur. Əlini Saakaşvilidən üzüb indiki hakimiyyətə səs verən gürcü xalqı 2008-ci ilin avqust müharibəsi və onun fəsadlarından lazımi nəticələri çıxarmışdı. O vaxt Moskva ilə münasibətləri tədricən bərpa etmək yeni hakimiyyət üçün sosial sifarişin icrası idi, çünki söhbət tək itirilmiş torpaqlardan getmir, ortada Gürcüstanın iqtisadi mövcudluğu da var. Müqayisə üçün, Ukraynada müharibə başlayandan sonra Rusiyaya qarşı hər hansı sanksiyalara qoşulmayan Gürcüstan iki il ərzində ÜDM-ni 18 faiz yüksəltməyə nail olub, inflyasiya 3 dəfə azalıb, ölkəyə 4 milyard dollarlıq investisiya cəlb edilib. Rusiya Gürcüstanın istehsal etdiyi məhsullar üçün ən böyük, münbit və tanış bazardır. Ancaq görünür ki, orta statistik gürcünün gözündə Tiflis-Moskva münasibətlərinin bərpasının özəl düstürü olmalıdır. Sıravi gürcü Rusiya ilə münasibətlərə hələ də Abxaziya və Cənubi Osetiya prizmasından baxmağa davam edir.

Hazırda Çin Gürcüstanın ən iri ticarət tərəfdaşıdır. Tiflis regionda Pekinlə strateji münasibətlərə nail olmuş ilk dövlətdir. Bu, Qərbin qısqanclığı fonunda gürcüləri nə narahat edir, nə də qıcıqlandırır. Çünki Çin sıravi gürcünün yaddaşında hansısa neqativ xatirələrlə assosiasiya olunmur. Ancaq Çindən fərqli olaraq, Rusiya ilə əlaqələrin yumşalmasına dair istənilən anons gürcü cəmiyyətində bir partlayış və təlaş mənbəyidir. Hamı dərhal ötən əsrin sonlarını və 2008-ci ilin avqust müharibəsini xatırlayır...

Gürcüstanın son 3 ildə Ukrayna ilə münasibətlərinin müxtəlif səbəblərdən korlanması gürcü cəmiyyətində bir qıcıq yaratsa da, hakimiyyətə qarşı kütləvi narazılıq üçün yetərli olmadı. Ancaq indi hökumətin seçkilərdəki qələbəsinin ictimai rəy tərəfindən sanki həzm olunmağa başlanması fonunda Avropa Birliyi ilə inteqrasiya danışıqlarının dayandırılması bütövlükdə cəmiyyətin mənfi köklənməsi üçün başlıca katalizator rolunda çıxış etdi. Gürcülərin Saakişvilidən üz döndərmələri onların “Qərb gəlib, bütün problemləri həll edəcək” tezisində yanılmalarının nəticəsi idi. Ancaq bu reallığı Rusiya ilə münasibətlərlə geosiyasi tərəziyə qoyanda, gürcü ictimai rəyi üçün Qərb yolu hələ də cəlbedici görünür. Bu baxımdan, ikitərəfli münasibətlərin spesifikliyi ondan ibarətdir ki, qonşuluq əlaqələrinin normal məcraya yönəlməsi üçün tərəflərin güzəşt addımları qarşılıqlı olmalıdır.

II Qarabağ savaşı və Azərbaycanın qələbəsi gürcülərdə itirilmiş torpaqların geri qaytarılması üçün güclü impuls, ümid rolunu oynadı. Gürcüstan ictimai rəyi gördü ki, onillər keçməsinə baxmayaraq, vətən torpağını geri qaytarmaq mümkündür. Gürcü Arzusu iqtidarı açıq elan etməsə də, göstərmək istəyir ki, torpaqların geri qayıtması Qərbin vədlərini kənara qoyub Moskva ilə umu-küsünü aradan qaldırmaqdan keçir. Gürcü cəmiyyəti isə buna inanmaq istəmir. Hakim qüvvənin patriarxı Bidzina İvanişvili “osetinlərdən törədilənlərə görə üzr istəməyi bacarmalıyıq” deməsi əks qütbdə ictimai hiddətə, Rusiya tərəfinin gürcülərin Qərblə dirənişindən heyranlıq ifadə etməsi isə istehzaya səbəb olur.

Gürcülər spesifik xalqdır. Onlar Rusiya ilə münasibətlərə yalnız Abxaziya və Cənubi Osetiya eynəyindən baxmaq istəyirlər - istər yeni nəsil, istər yaşlı. Bu gün Gürcüstana ən çox gələn turistlər məhz ruslardır və onların yerli iqtisadiyyatda kapital mənbəyi kimi ciddi çəkiləri var. Xüsusilə son iki ildə Gürcüstan iqtisadiyyatının böyüməsinin əsas səbəbi ruslardır. Ancaq alış-veriş mərkəzlərində hətta sıravi satıcının, yaxud kafe-restoranlarda ofisiantın belə bilərkdən rus dilində danışmaması, xidmət göstərməkdən boyun qaçırması bugünkü Gürcüstan-Rusiya münasibətlərinin reallığıdır.

Geosiyasi gözləntilər, təhlükəsizlik amilləri və iqtisadi dividentlər bir yana, əlaqələrin normallaşması önündə tarixə əsaslanan dərin mənəvi uçurum durur. Cəmiyyətdəki Qərb tərəfdarları Rusiyanın qonşuluqda böyük və güclü dövlət olması amilini nəzərə almalı olduqları kimi, hakimiyyət də bu mənəvi nüansı görməzdən gələ bilməz. Tərəzinin gözünün hər hansı tərəfə yüngülcə əyilməsi siyasətdə və iqtisadiyyatda itkilərə, cəmiyyətdə isə depressiyaya səbəb olur. Gürcülər daima “qızıl orta” axtarışında olmalıdırlar...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://axar.az
archiveBu xəbər 03 Dekabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri