Icma.az
close
up
RU
“Gürcü Arzusu” qrantlara nəzarəti gücləndirir

“Gürcü Arzusu” qrantlara nəzarəti gücləndirir

Ayna saytına istinadən Icma.az xəbər verir.

Gürcüstanda qrantların verilməsinə nəzarəti Korrupsiyaya Qarşı Mübarizə Bürosu edəcək

Qərb ölkələrini və fondları “inqilabi əhval-ruhiyyəni” maliyyələşdirməkdə ittiham edən Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası yerli təşkilatlara qrantların verilməsinə nəzarəti gücləndirir. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, “Xarici agentlər” haqqında qanunun ikinci variantının qəbulundan sonra parlamentə yeni təşəbbüslər təqdim olunub. Belə ki, “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna dəyişiklik edilir.

Seçki məqsədlərini bəyan edən siyasi partiyalar və şəxslər bundan sonra xarici təşkilatların dəstəyi ilə mühazirələr, seminarlar və digər bu kimi ictimai tədbirlər təşkil edə bilməyəcəklər. Xarici təşkilatlar isə gürcü partiyaları üçün mühazirələr, seminarlar və digər ictimai tədbirlər təşkil edə bilməyəcəklər.

Bundan əvvəl “Gürcü Arzusu” Qərb fondlarını qeyri-hökumət təşkilatları vasitəsilə seçkilərə müdaxilə etməkdə ittiham etmişdi.

Gürcüstanda “Qrantlar haqqında” qanuna da dəyişiklik edilir. Xarici qrantları almaq üçün hökumətdən və ya onun səlahiyyətli nümayəndəsindən icazə tələb olunur. Müraciətdən sonra 10 gün ərzində qərar veriləcək. Pozulma - qrant məbləğinin ikiqat miqdarında cərimə ilə nəticələnəcək. Hər şeyə Korrupsiyaya Qarşı Mübarizə Bürosu nəzarət edəcək. İstisnalar: xaricdə təhsil üçün fərdi təqaüdlər, Gürcüstandan kənarda elmi iş üçün fərdi qrantlar və beynəlxalq idman assosiasiyalarının qrantlarınadır. Gürcüstanda rəsmi fəaliyyət göstərən beynəlxalq təşkilatlar isə xarici qrantlar almaq üçün hökumətdən icazə almağa ehtiyac duymayacaqlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://ayna.az
archiveBu xəbər 08 Aprel 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sertifikasiya qalmaqalı: bu dəfə texnologiya müəllimləri səhv aşkarladı

28 İyun 2026 12:14see1534

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see263

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see238

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see227

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see224

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see216

DÇ 2026: Messi ehtiyatda: İordaniya Argentina Heyətlər

28 İyun 2026 05:07see212

Bu yayın ən şanslıları onlardır

28 İyun 2026 01:46see207

UFC Bakı: Rafael Fiziyev və digər təmsilçilərimiz oktaqona çıxır YENİLƏNİR

27 İyun 2026 17:14see206

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see203

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see189

DÇ 2026 da “pley off”a çıxan komandalar artdı ADLAR

27 İyun 2026 10:40see181

Anomal istilər gəlirləri azaldır və yoxsulluq riskini artırır ARAŞDIRMA

28 İyun 2026 16:35see178

Almaniya məcburi hərbi xidməti nəzərdən keçirir

28 İyun 2026 01:40see175

Bakıda UFC Fight Night Baku turnirinə start verildi

27 İyun 2026 17:16see172

DÇ 2026: Harri Keyndən yeni rekord

28 İyun 2026 06:32see169

Panama DÇ 2026 nı qolsuz başa vuran yeganə komanda olub

28 İyun 2026 03:25see166

Saziş cəmi bir gün çəkdi: İsrail Livanın cənubunu VURDU

27 İyun 2026 16:17see162

Anormal istilər Fransada kənd təsərrüfatına ciddi ziyan vurub

29 İyun 2026 00:57see160

DÇ 2026: İspaniya Uruqvayı məğlub edərək lider kimi pley offa çıxdı

27 İyun 2026 06:18see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri