Icma.az
close
up
RU
Gürcü ekspert: Maydan ssenarisi Gürcüstanda işləmədi ŞƏRH

Gürcü ekspert: Maydan ssenarisi Gürcüstanda işləmədi ŞƏRH

Icma.az, Apa.az saytına istinadən bildirir.

“Maydan” hərəkatı üçün yazılan ssenari Gürcüstan modelinə uyğunlaşdırılıb tətbiq edilirdi, lakin bu dəfə işləmədi.

APA xəbər verir ki, bu barədə gürcü ekspert Edişer Qvenetadze bildirib.

Ekspertin sözlərinə görə, Tbilisidə baş verən bütün hadisələr Qərbdəki müəyyən dairələrdə hazırlanmış ssenarilər üzrə gedir:

“Burada qeyri-adi heç nə baş vermir. Sadəcə Qərbdəki müəyyən dairələrdə yazılan ssenari həyata keçirilir. Lakin onlar özləri də gördülər ki, bu ssenari Gürcüstanda işləmədi. Bundan sonra ona dəyişikliklər edildi. Gecə saatlarında anti-dövlət və anti-gürcü elementləri işə salırlar. Onlar gündüz istirahət edib, gecə saatlarında fəaliyyət göstərirlər. Bunun üçün həmin qüvvələrin əlində 500-600 gəncdən ibarət qruplar var. Onlar parlament binasına daxil olur, qeyri-etik hərəkətlər edir, daş atır, qarət edir, yandırır, insanlara xəsarət yetirir və s. Polis gələn kimi də başlayırlar ki, hüquqlarımız pozulur. Bu zaman elə onların özünün döydüyü polislər qətiyyən yada düşmür. Yazılan ssenariyə əsasən onlar hətta parlamentin binasına da daxil oldular. İndi nəticəni özünüz çıxarın. Bu cür təşkilatlanmaya baxmayaraq, onların insanları küçəyə çıxarmaq istəyi baş tutmadı. Onlar sadəcə tələsməlidirlər, çünki bu qüvvələrin yanvarın 20-dək vaxtı var. Bu qüvvələr ətrafdakı hər şeyi yandırmaqla insanların reaksiyasını gözlədilər, sonra isə insanları döyməyə başladılar. Burada təəccüblənəcək məqam yoxdur, bütün hadisələr ssenari üzrə baş verir. Bu qüvvələr daha çox qurban və küçələrin meyitlərlə dolu olmasını istəyir. Buna nail olmasalar onların sonudur. Belə mürəkkəb vəziyyətə baxmayaraq, polis dekabrın 9-da baş verən hadisələri operativ şəkildə araşdırmalı və onları gün üzünə çıxarmalıdır. Bu, beşinci kolonun xüsusi ssenari üzrə törətdiyi ən dəhşətli hadisədir”.

Bu məqamda diqqəti daha bir maraqlı nüansa yönəltmək vacibdir. Baş nazir İrakli Kobaxidze və hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze aksiyalarda saxlanılanlar arasında əcnəbilərin olduğunu açıqlayıblar. Sən demə, onlar legitim Gürcüstan hakimiyyətinin Avrointeqrasiya prosesini dayandırmasından narahat olaraq, təsadüfən aksiya iştirakçılarına qoşulublar. Tutulanlar arasında Rusiya, Böyük Britaniya və Niderlandın bir neçə vətəndaşı da olub. Onlardan biri polisə müqavimət, daha biri isə Parlamentin binasına qanunsuz daxil olaraq səs-küy saldığına görə qandallanıb.

Hakimiyyətin ölkənin Avropaya inteqrasiya prosesini müvəqqəti dayandırmasının səbəblərini izah etməsinə və bunun heç də Avropa İttifaqına üzvlükdən imtina anlamına gəlmədiyini deməsinə baxmayaraq, ölkədə etiraz aksiyaları dayanmır. Baxmayaraq ki, hökumət Assosiasiya Sazişi üzrə öhdəliklərinin icrası istiqamətində işin davam etdiriləcəyini və 2028-ci ilin sonunadək bu öhdəliklərin 90 faizindən çoxunun yerinə yetiriləcəyini, prosesin 2030-cu ildə tam başa çatacağını bildirir.

“Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze prezidentliyə namizəd Mixail Kavelaşvilinin bütün addımlarının ölkənin milli maraqlarına uyğunlaşdırılacağını bildirib.

O, Kavelaşvilini əsl vətənpərvər adlandıraraq, hakim siyasi qüvvənin ona tam dəstək olacağını bəyan edib.

“ABŞ-nin qəbul etdiyi və heç bir arqumentə əsaslanmayan qərarlar və dövlət katibi Antoni Blinkenin bəyanatları onu deməyə əsas verir ki, bu adamlar Gürcüstanda zorakılığı dəstəkləyir”, - Mdinaradze qeyd edib.

Mdinaradze vurğulayıb ki, artıq hakimiyyətini itirmiş bir partiyaya yanaşma kifayət qədər prinsipial xarakter daşıyır:

“Ona görə də biz hər kəsi ölkəmizin daxili işlərindən uzaq durmağa çağırırıq. Çünki istər ABŞ, istər də digər ölkələrin səfirlərinin analoji yanaşması onların zorakılığı dəstəklədiyinə işarə edir. Biz onların təşkilatlarını da, müxalifətin bu diplomatik nümayəndəliklərin ofisləri vasitəsilə necə təchiz olunduğunu da yaxşı xatırlayırıq”.

Gürcüstanda aksiyalar noyabrın 28-də, hakimiyyətin ölkənin Avropa İttifaqına üzvlüyü üzrə danışıqların 2028-ci ilədək dayandırılması barədə bəyanatından sonra başlayıb.

Dekabrın 4-dən etibarən polis müxalif partiyaların ofislərində axtarış aparıb. Məlumata görə, bundan sonra mitinqlərin iştirakçıları polisə atəş açılması və pirotexniki vasitələrdən istifadəni dayandırıb.

Hakimiyyətin bu qərarın verilmə səbəbləri və onun heç də Avropa İttifaqına inteqrasiyanın dayandırılması anlamına gəlmədiyi ilə bağlı çoxsaylı bəyanatlarına baxmayaraq, etirazlar dayanmır. Hakimiyyətdəki mənbələr daha sonra bildirir ki, ölkə Aİ-yə üzvlüyə 2028-ci ilin sonunda, yəni Gürcüstan üzvlük yolunda götürdüyü iqtisadi öhdəliklərin 90 faizini icra etdikdən sonra tam hazır olacaq və danışıqlar 2030-cu ildə başlayacaq.

Digər tərəfdən, hökumət rəsmiləri bu qərarla bir sıra avropalı bürokratları ölkəyə yönələn şantaj manevrlərindən məhrum edib. Onların qənaətinə görə, Aİ rəsmiləri əvvəlcə ölkəni namizəd statusu ilə şantaj edir, daha sonra isə bu məsələni üzvlük mərhələsinə yönəldir.

Bu arada, ABŞ bir qədər əvvəl Gürcüstanla strateji tərəfdaşlığın dayandırıldığını açıqlayıb. Qərar onunla əsaslandırılıb ki, Gürcüstan hakimiyyəti destruktiv addımları ilə iki ölkə arasında 2009-cu ildə imzalanan və demokratiya, qanunun aliliyi, vətəndaş cəmiyyəti, insan hüquq və azadlıqlarına hörmət və korrupsiya ilə mübarizə kimi faktorlara əsaslanan strateji tərəfdaşlıq sənədinin əsas prinsiplərini pozub.

Buna cavab olaraq baş nazir İrakli Kobaxidze hazırkı ABŞ administrasiyasının Donald Tramp hökumətinə ağır miras qoymağa çalışdığını bəyan edib.

Xatırladaq ki, ABŞ bu ölkə ilə əlaqələrə yenidən baxılması qərarını mayın 30-da, Gürcüstanda “Xarici təsirlərin şəffaflığı” haqqında qanun layihəsinin qəbulundan sonra elan edib. Bu qanun xaricdən maliyyələşən təşkilatların və kütləvi informasiya vasitələrinin müvafiq reyestrdə qeydiyyatdan keçməsini zəruri edir.

Rəsmi Vaşinqton Gürcüstanda demokratik dəyərlərin məhvində ittiham etdiyi bir sıra gürcü məmurlara və ailə üzvlərinə sanksiyalar tətbiq edib və “Etibarlı tərəfdaş 2024” hərbi təlimlərinin qeyri-müəyyən müddətə təxirə salındığını bildirib.

İyulun sonunda isə ABŞ-nin dövlət katibi Antoni Blinken Gürcüstan hökumətinə 95 milyon dollar məbləğində maliyyə yardımının dayandırıldığını elan edib.

Bu yerdə xatırlatmaq lazımdır ki, Gürcüstan hakimiyyəti dəfələrlə ABŞ ilə ikitərəfli münasibətlərin 2025-ci ilədək yenidən nəzərdən keçiriləcəyini elan edib. Bu isə Donald Trampın prezidentlik səlahiyyətlərinin icrasına başladığı vaxta təsadüf edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Dekabr 2024 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri