Icma.az
close
up
RU
Gürcü siyasətçilər: Azərbaycan Gürcüstan üçün mühüm strateji tərəfdaşdır

Gürcü siyasətçilər: Azərbaycan Gürcüstan üçün mühüm strateji tərəfdaşdır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 17 aprel, AZƏRTAC

Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana ilk rəsmi səfəri zəruri idi. Bu səfər çox maraqlı və məhsuldar olub. Azərbaycan Gürcüstan üçün mühüm strateji tərəfdaşdır və bu cür ünsiyyət ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının üzvləri, parlamentin deputatları və politoloqlar söyləyiblər.

Gürcüstan parlamentinin birinci vitse-spikeri Giorgi Volski ölkə prezidentinin Azərbaycana səfərini yüksək dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan ilə strateji əməkdaşlıq mövzusu hər zaman gündəmdədir. Bildirib ki, bu əməkdaşlıq təkcə Gürcüstanın marağında deyil: "Prezidentin Azərbaycana səfəri vacib idi. Ümumiyyətlə, Azərbaycan ilə strateji əməkdaşlıq mövzusu gündəmdədir. Bu, təkcə bizim üçün maraqlı deyil. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, bu, dünyanın aparıcı dövlətləri və assosiasiyalarını maraqlandıran məsələdir”.

Parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri Levan Maxaşvili da deyib ki, bu səfər maraqlı və uğurlu olub: "Bakıda kifayət qədər zəruri, səmərəli görüşlər və müzakirələr oldu. Məhz buna görə də səfər maraqlı və uğurlu oldu və bu məntiqlidir. Çünki Azərbaycan çox mühüm strateji tərəfdaşdır, mən deyərdim ki, Qərblə Şərqi, Avropa və Asiyanı birləşdirməyə gələndə əvəzolunmaz tərəfdaşdır".

Tbilisinin meri, hakim “Gürcü Arzusu” partiyasının baş katibi Kaxa Kaladze, parlamentin Regional siyasət və özünüidarəetmə komitəsinin sədri, parlament çoxluğunun üzvü İrakli Kadagişvili, eyni zamanda, ayrı-ayrı siyasətçilər də Mixeil Kavelaşvilinin Bakıya səfərini yüksək qiymətləndirib, Azərbaycanın regionda mühüm strateji əhəmiyyətə malik güclü dövlət olduğunu vurğulayıblar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri