Icma.az
close
up
RU
Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Maka Boçorişvili

Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır Maka Boçorişvili

Icma.az bildirir, Milli.az portalına istinadən.

Azərbaycan Gürcüstan üçün strateji tərəfdaşdır və iki ölkə uzun illərdir regionda mühüm layihələri birgə həyata keçirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki,  bunu Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili ölkənin Birinci Kanalda (1tv.ge) yayımlanan "Günün mövzusu" proqramında bildirib. Onun sözlərinə görə, müasir şəraitdə qlobal çağırışlar və mövcud geosiyasi kontekst fonunda Gürcüstan-Azərbaycan münasibətlərinə, iki ölkə arasındakı dinamikaya və əməkdaşlıq potensialına daha böyük əhəmiyyət verilir.

Boçorişvili qeyd edib ki, iki ölkənin mövcud geosiyasi kontekstdə daha yaxşı təmsil olunması üçün müntəzəm fikir mübadiləsinin aparılması və müxtəlif məsələlər üzərində daim işlənilməsi vacibdir.

"Azərbaycanla strateji tərəfdaşlığımız məzmunca çox zəngindir. Bu tərəfdaşlıq intensiv siyasi dialoqu da əhatə edir. Bu il bir sıra yüksəksəviyyəli dövlət səfərləri həyata keçirilib. Azərbaycan Prezidenti Gürcüstana, Gürcüstanın Baş naziri isə Azərbaycana rəsmi səfər edib. Həmçinin Azərbaycanın Baş nazirinin Gürcüstana səfərləri olub və iki ölkənin müxtəlif sahələr üzrə nazirləri arasında qarşılıqlı səfərlər davam edir", - deyə Boçorişvili bildirib.

Xarici işlər naziri vurğulayıb ki, Gürcüstan-Azərbaycan siyasi dialoqu konkret layihələri, regiondakı mövcud vəziyyəti və iki ölkə arasında əməkdaşlığın potensialını əhatə edir.

Onun sözlərinə görə, nəqliyyat dəhlizinin inkişafı, enerji resurslarının tranziti və digər sahələrdə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

"Bütün bunlar Orta Dəhlizin inkişafı üçün perspektiv yaradır və bu, çox vacibdir", - Boçorişvili əlavə edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Noyabr 2026 00:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri