Icma.az
close
up
RU
Gürcüstan ABŞın sanksiyalar tətbiq etmək qərarını mənasız adlandırıb

Gürcüstan ABŞın sanksiyalar tətbiq etmək qərarını mənasız adlandırıb

Icma.az, Bizimyol saytına istinadən bildirir.

"ABŞ-ın Gürcüstana qarşı sanksiyalar tətbiq etmək qərarı anlaşılmaz və mənasızdır, xüsusən də həmin Birləşmiş Ştatlar administrasiyasının Mixail Saakaşvilinin hakimiyyətinin son illərində respublikada insan haqları pozuntuları fəslini necə bağladığı məlum olduğu bir halda".

Bizimyol.info xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə bildirib.

“Saakaşvilinin hakimiyyətinin son illərində hakimiyyətdə olan Amerika administrasiyası insanlara işgəncənin xüsusilə amansızlaşdığı, azad medianın məhv edildiyi və biznes reketliyinin dövlət sisteminin bir hissəsinə çevrildiyi vaxt idi. Biz nəinki sanksiyaları, hətta bu gün də ABŞ-da hakimiyyətdə olan o vaxtkı administrasiyanın mövqeyini dəqiq xatırlayırıq. Məhz bu amillərə görə, hakimiyyətdən gedən Amerika administrasiyasının (sanksiyaların tətbiqi ilə bağlı) mövqeyi anlaşılmaz və mənasızdır”, - deyə Papuaşvili qeyd edib.

Parlamentin spikeri ölkədə keçirilən etiraz aksiyalarına münasibət bildirərkən deyib ki, Gürcüstanda etirazlar dinc xarakter alıb və ölkədə vəziyyət yenidən siyasi müstəviyə keçib.

“Son bir neçə gündə biz siyasi aktorların səfərbər etdiyi aqressiv qruplardan azad edilmiş dinc, bəlkə də, zəyiflənmiş etiraz aksiyalarının şahidi olduq. Nümayişlərin bu cür modifikasiyası alqışlanmalıdır və bu, ölkədəki cari proseslərin siyasi müstəviyə qayıdışını əks etdirir”, - deyə Papuaşvili brifinqdə bildirib.

Natiq qeyd edib ki, ölkədə sabitliyi pozmaq istəyən qüvvələr hələ də var. Onun sözlərinə görə, “ölkə hər şeyə rəğmən yaşamağa və seçdiyi yolla getməyə davam edir”.

Noyabrın 28-də Gürcüstanda yeni etiraz dalğası başlayıb. Hər gün parlament binası qarşısında etiraz aksiyaları keçirilir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Dekabr 2024 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri