Gürcüstan parlamenti ABŞın Tbilisiyə qarşı sanksiyalarla bağlı qərarını mənasız adlandırıb Doğru Xəbərlər
Icma.az, Dogru.az saytına istinadən bildirir.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyir ki, hazırkı Amerika administrasiyasının Tbilisiyə qarşı sanksiyalar tətbiq etmək qərarı anlaşılmaz və mənasızdır.
O qeyd edib ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin hakimiyyətinin son illərində ABŞ-da da eyni administrasiya hakimiyyətdə olub.
“İnsanlara işgəncələr xüsusilə qəddar oldu, azad media faktiki olaraq məhv edildi və biznes reketliyi dövlət sisteminin bir hissəsinə çevrildi. Biz nəinki sanksiyaları, hətta o zamankı ABŞ administrasiyasının dəqiq mövqeyini də xatırlamırıq”, – TASS Gürcüstan parlamentinin spikerindən sitat gətirir.
Bu baxımdan, Papuaşvilinin fikrincə, Vaşinqtonun hazırkı mövqeyi anlaşılmaz və mənasızdır.
Bundan əvvəl ABŞ hökumət üzvləri, qanunvericilər və hüquq-mühafizə orqanlarının əməkdaşları da daxil olmaqla 20 Gürcüstan vətəndaşına qarşı viza məhdudiyyəti tətbiq edib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 13 Dekabr 2024 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















