Icma.az
close
up
RU
Gürcüstan Aİ dən uzaqlaşır: Antikorrupsiyaya Bürosunun ləğvi yeni gərginlik yaratdı

Gürcüstan Aİ dən uzaqlaşır: Antikorrupsiyaya Bürosunun ləğvi yeni gərginlik yaratdı

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Artıq bir neçə gündür ki, Gürcüstanda Korrupsiyaya Qarşı Mübarizə Bürosunun 2026-cı ilin martından fəaliyyətini dayandırması müzakirələrə səbəb olub.

Bakıvaxtı.az-ın məlumatına görə, Avropa Komissiyasının spikeri Giyom Mersye bildirib ki, Gürcüstan hakimiyyətinin Korrupsiyaya Qarşı Mübarizə Bürosunun ləğvi barədə qərarı ölkənin Avropa İttifaqına (Aİ) üzvlük yolundan daha da uzaqlaşdığını sübut edir. Onun sözlərinə görə, korrupsiya ilə mübarizə ölkənin Aİ-yə qoşulması üçün yerinə yetirməli olduğu əsas işin bir hissəsidir.

Maraqlıdır ki, hakimiyyət tərəfindən qəbul olunan yeni qanunlar və mərkəzləşmiş hakimiyyətin möhkəmlənməsi Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesinə necə təsir edəcək? Ölkə daxilində siyasi qarşıdurmalar baş verərsə, bunun Cənubi Qafqaza təsirləri necə ola bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, indiki məqamda Gürcüstan və Avropa İttifaqı arasındakı münasibətlər son dərəcə gərgin tərzdə inkişaf edir.

Onun sözlərinə görə, Gürcüstanda keçirilən son parlament seçkilərində seçicilər və cəmiyyət müstəqil qərar verərək, indiki hökumətin mövqelərinin bərkiməsinə səs verdi. Bu isə təkcə Qərbdə deyil, Avropa İttifaqında və ABŞ-də bəzi təşkilatlar tərəfindən çox böyük qıcıqla qarşılandı:

“Faktiki olaraq, Qərb institutları Gürcüstanın daxili işlərinə ciddi və kobud şəkildə müdaxilə edərək seçkilərdə pozuntu hallarına yol verirdilər. Onlar çalışırdılar ki, seçicilərin rəyini qərbpərəst qüvvələrin xeyrinə yönəltsinlər. Lakin bu cəhd baş tutmadı. Gürcüstan seçicisi müstəqil rəyini verdi və bildirdi ki, "Gürcü Arzusu" partiyasına etimadını təsdiqləyir. Beləliklə, səslərin 50 faizdən çox toplanması nəticəsində indiki hakmiyyət qüvvədə qaldı".

T.Abbasovun fikrincə, ovaxtdan etibarən Gürcüstan-Aİ münasibətlərində çox ciddi qarşıdurmalar baş verir. Sanki Gürcüstanı qara siyahıya salıblar. Hazırda Gürcüstan Korrupsiyaya Qarşı Mübarizə Bürosunun bağlanmasına qərar verdiyi üçün Avropa İttifaqı bu məsələni şantaj predmentinə çevirir.

Tofiq Abbasov: Avropa İttifaqının şantaj və təhdid metodu heç bir nəticə verməyəcək

"Hər ölkənin daxili atmosferi, milli ənənələri var. Bununla yanaşı, korrupsiya ilə mübarizə vacib məsələdir. Bütün ölkələrdə korrupsiyanın aktual olması şübhə doğurmur. Əgər Gürcüstanda hakmiyyət sözügedən büronun fəaliyyətinə xitam verirsə, deməli, bunun səbəbləri var. Yəni, məsələ sırf ölkədaxili proseslərlə əlaqəlidir. Ona görə də bu məsələni ciddi şəkildə qabardaraq, Gürcüstanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına ciddi maneə saymaq düzgün deyil. Çünki gərginlik sərt və soyuq münasibətlə deyil, qarşılıqlı dialoq və müzakirələrlə yoluna qoyulmalıdır. Avropa İttifaqının şantaj və təhdid metodu heç bir nəticə verməyəcək", - deyə müsahibimiz qeyd edib.

Politoloq vurğulayıb ki, Avropa İttifaqında müəyyən ölkələrə qarşı eyni yanaşma tətbiq olunmur. Yəni, sevilən və sevilməyən, arzuolunanlar və arzuolunmayanlar var. Məsələn, Türkiyə ilə 50 ildən artıqdır danışıqlar gedir. Lakin bütün şəkildə heç bir fikir ifadə olunmayıb. Ümumiyyətlə, Aİ Türkiyəni uzaqda saxlayır:

"Ona görə də bu yaxınlarda Türkiyə rəhbərliyi faktiki olaraq aldadıldığını açıq şəkildə bəyan etmişdi. Bu baxımdan Türkiyə Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS və s. kimi təşkilatlara üzv olmağa üstünlük verdi".

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Dekabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri