Icma.az
close
up
RU
Oqtay Qasımov: Gürcüstan Aİ münasibətlərində gərginlik davam edəcək

Oqtay Qasımov: Gürcüstan Aİ münasibətlərində gərginlik davam edəcək

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Tbilisi ilə bağlı açıqlamalarına sərt reaksiya verib. O, Aİ rəsmisini Gürcüstanın suverenliyinə və xalqın iradəsinə hörmətsizlik göstərməkdə ittiham edib. Tərəflər arasında bu söz mübadiləsi Gürcüstan-Aİ münasibətlərində siyasi gərginliyin daha da artdığını göstərir.Bu qarşılıqlı sərt bəyanatlar Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesinə və Tbilisi-Brüssel münasibətlərinin gələcəyinə necə təsir göstərə bilər?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son bir neçə ildə Gürcüstan və Avropa İttifaqı arasında münasibətlər gərginləşən xətt üzrə davam etməkdədir. Bunun əsası Rusiyanın Ukraynaya hücumu ilə qoyulub. Həmin dövrdə Avropada bəzi bürokratlar Gürcüstanın Rusiyaya qarşı ikinci cəbhə açmasını istəyirdilər. Bu baş vermədiyinə görə tərəflər arasında münasibətlərdə gərginlik yarandı və Avropa İttifaqı rəhbərliyi Gürcüstan hakimiyyətini faktiki olaraq Rusiya yönümlü siyasət yürütməkdə ittiham etməyə başladı. Bu isə Gürcüstan tərəfindən sərt reaksiya ilə qarşılandı.

“Gürcüstanda keçirilən seçkilərin legitimliyi də Avropa İttifaqı tərəfindən şübhə altına alınır ki, bu da tərəflər arasında əsas gərginlik nöqtələrindən biridir.

Bu baxımdan proseslərin gedişi göstərir ki, Avropa İttifaqı Cənubi Qafqaza vahid məkan kimi yanaşmır, region ölkələrinə ayrı-ayrılıqda münasibət sərgiləyərək siyasət yürüdür. Açıq desək, bu yanaşmanı çox da effektiv siyasət hesab etmək olmaz”, – deyə Oqtay Qasımov bildirib.

O hesab edir ki, Avropa İttifaqı Gürcüstanda hakimiyyət dəyişikliyi ilə bağlı əlində olan imkanlardan istifadə etməyə çalışır.

Politoloqun fikrincə, mövcud siyasət və qarşılıqlı davranış bu şəkildə davam edərsə, demək olar ki, hələlik tərəflərin münasibətləri normallaşdırmaq üçün konkret marağı görünmür.

Buna görə də Gürcüstan–Avropa İttifaqı münasibətlərinin yaxın perspektivdə də gərginləşən xətt üzrə davam edəcəyi gözlənilir.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 15 İyul 2026 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri