Gürcüstan ATƏT ə etiraz notası göndərdi ATƏT sədrinin davranışından narazıdırlar
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
Hurriyyet.az xəbər verir ki, Gürcüstanın Xarici İşlər Nazirliyi ATƏT-ə etiraz notası göndərib.
Rəsmi Tbilisi Katibliyə və təşkilatın iştirakçı dövlətlərinə etiraz notası göndərək, ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Gürcüstana səfərindən narahatlığını bildirib.
Bu barədə Gürcüstan XİN məlumat yayıb.
Notada bildirilir ki, Elina Valtonen rəsmi səfəri üçün nəzərdə tutulan proqramdan kənara çıxaraq, kiçik bir qrup anti-hökumət fəalı tərəfindən təşkil edilən küçə etirazına qoşulub və bəyanat verib. Onun çıxışı “Gürcüstandakı vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdi” kimi qiymətləndirilir.
Gürcüstan XİN-in notasında deyilir: "Bu hərəkətlər ATƏT çərçivəsində əməkdaşlıq ruhuna ziddir və sədrin mandatından sui-istifadə hesab oluna bilər Bu da etimadı və gözlənilən neytrallığı sarsıdır".
Gürcüstan hakimiyyətinin fikrincə, Valtonenin hərəkətləri “beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri, o cümlədən suverenliyə hörmət və daxili işlərə qarışmama ilə bir araya sığmır və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının ruhuna ziddir”.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 16 Oktyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















