Gürcüstan XİN ATƏT sədrinin səfəri ilə bağlı etiraz notası yayıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Tbilisi, 16 oktyabr, AZƏRTAC
Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Finlandiya Respublikasının xarici işlər naziri Elina Valtonenin ATƏT-in fəaliyyətdə olan sədri kimi Gürcüstana səfərindən narahatlığını bildirib və ATƏT Katibliyinə, eləcə də iştirakçı dövlətlərə etiraz notası ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan XİN məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Valtonen proqramına əlavə kimi hökumət əleyhinə olan fəalların təşkil etdiyi kiçik küçə etirazına qatılıb və Gürcüstandakı mövcud vəziyyətlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdi yer alan bəyanat verib.
Xarici İşlər Nazirliyi qeyd edir ki, Valtonenin bu hərəkətləri ATƏT çərçivəsində əməkdaşlıq ruhuna ziddir və fəaliyyətdə olan sədrin mandatından sui-istifadə kimi qiymətləndirilə bilər. Bu da ATƏT sədrinə etimadı və gözlənilən neytrallığı sarsıdır.
“Bu hərəkətlər Helsinki Yekun Aktında, BMT qətnamələrində və ATƏT-in qayda və prosedurlarında əksini tapan beynəlxalq hüququn prinsipləri ilə uzlaşmır və Gürcüstanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirilir”, - deyə XİN-in məlumatında vurğulanır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 16 Oktyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















