Gürcüstan Avronest PA nın İrəvanda keçiriləcək sessiyasında iştirakdan imtina edib
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Gürcüstan Avronest Parlament Assambleyasının (PA) oktyabrın 28-30-da İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirakdan imtina edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə PA-da Gürcüstan nümayəndə heyətinin rəhbəri Levan Maxaşvilinin məktubunda bildirilib.
O, PA-nın həmsədrləri və büro üzvlərinə ünvanlandığı müraciətində qurumun son dövrlərdəki fəaliyyətinin ciddi narahatlıqlar doğurduğunu qeyd edib.
Maxaşvili bildirib ki, Avronest PA-da iştirak edən bəzi Avropa Parlamenti üzvlərinin Gürcüstana qarşı düşmənçilik ritorikası və hərəkətləri bu platformanın dəstəkləməli olduğu tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə ziddir.
Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, AP üzvləri Gürcüstanda iğtişaşları, radikallaşmanı və zorakılığı təşviq edən bəyanatlar veriblər və sosial media hesablarında paylaşımlar ediblər.
“Əksər tərəfdaş ölkələrin Avronest PA-da iştirak etməməsi Avropa Parlamentinin hazırkı yanşamasında ciddi problemin olmasını göstərir. PA hazırkı kursunun həqiqətən regional əməkdaşlığın gücləndirilməsinə və yaxud tərəfdaşlar arasında körpülərin yandırılmasına yönəldiyi barədə düşünməlidir”, - məktubda deyilir.
Maxaşvili Avronest PA-nın rəhbərliyini qurumun əsas prinsiplərinə sadiqliyini təsdiqləməyə, yenilənərək “Şərq Tərəfdaşlığı” və onun üzv ölkələri üçün etibarlı platforma kimi xidmət etməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 27 Oktyabr 2025 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















