Gürcüstan parlamentinin sidri: Avronest PA nın son vaxtlardakı hərəkətləri bir sıra fundamental prinsiplərə uyğun deyil
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tbilisi, 27 oktyabr, AZƏRTAC
Cənubi Qafqaz regionunda Avronest Parlament Assambleyasının (PA) sessiyası keçirilir. Lakin Gürcüstan və Azərbaycan bu tədbirdə iştirak etmir. Bu, Avropa Parlamentinin davranışında nəyinsə səhv olduğunu göstərir. Biz yalanları həqiqətdən üstün tutan təşkilatların tədbirində iştirak etmək niyyətində deyilik.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
Onun sözlərinə görə, Avronest AP-nin bu iclasında “Şərq Tərəfdaşlığı”nın yalnız iki ölkəsinin - ev sahibi Ermənistanın və Ukraynanın təmsil olunması faktı da özlüyündə Avropa Parlamenti tərəfindən nəyinsə düzgün edilmədiyini göstərir.
Gürcüstanın parlament nümayəndə heyəti İrəvanda Avronest Parlament Assambleyasının 12-ci plenar sessiyasında iştirak etmədiyini vurğulayan Ş.Papuaşvili bildirib: "Avronest PA-nın son vaxtlardakı hərəkətləri Assambleyanın Təsis Aktının və Şərq Tərəfdaşlığının Praqa Sammitinin Birgə Bəyannaməsinin fundamental prinsipləri və məqsədləri ilə uyğunsuzluğuna görə ciddi narahatlığa səbəb olur".
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 27 Oktyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















