Icma.az
close
up
RU
Gürcüstan azərbaycanlılarına soydaş statusu verilməlidir Fazil Mustafadan TƏKLİF

Gürcüstan azərbaycanlılarına soydaş statusu verilməlidir Fazil Mustafadan TƏKLİF

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycanın müstəqilliyinin qazanılması Azərbaycan xalqının ən böyük dəyərlərindən biri idi və bu müstəqilliyə biz geri dönüş eləyəndə bunun sadəcə bəyanatlardan, parlament qərarlarından ibarət olmadığını gördük. Bu gün İlham Əliyevin baş komandanlığında Azərbaycan torpaqlarının işğaldan azad olunması bizim müstəqillik davamıza ayrı bir dəyər verdi. Yenidən dönüşdə artıq bunun nə dərəcədə önəmli olduğunu gördük".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin komitə sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında cari məsələlərin müzakirəsi zamanı bildirdi.

"Biz son 200 ildə bu qədər torpaqlarımızın sahibinə çevrilə bilməmişdik və nəhayət buna çevrildik. Ona görə də müstəqilliyimizin dəyəri Azərbaycan insanının gözündə daha da artmağa başladı. Bu günlərdə Türkiyə Cümhuriyyətində də belə bir qərar qəbul olundu. Türk respublikalarında yaşayan vətəndaşlar artıq Türkiyədə əcnəbi statusunu daşımayacaqlar. Onlara işlə təminatda, peşə fəaliyyətinin həyata keçirməkdə türk vətəndaşları ilə birlikdə bunu gerçəkləşdirə biləcəklər. Mən hesab edirəm ki, biz də bu mövzu ətrafında düşünməliyik. Bu, Türkiyənin demoqrafik problemlərinin həlli baxımından vacibdir. Azərbaycanın da demoqrafik məsələlərinin həllində bu istiqamətdə hansısa bir qərarların qəbul olunması faydalı ola bilər. Xüsusilə Gürcüstanda yaşayan azərbaycanlı soydaşlarımızın qanun səviyyəsində bizdə soydaş olaraq tanınmaması məsələsinin yaratdığı problemlərə toxunmaq istəyirəm. Eyni zamanda Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının.

Biz bu vətəndaşlarımıza da həm demoqrafik problemimizi həll etmə baxımından, həm də onların Azərbaycana daha çox bağlanması baxımından belə bir imkanların tanınması məsələsini müzakirə eləməliyik. Bu müzakirədə Azərbaycan dövlətinin maraqlarını nəzərə alaraq, amma o soydaşlarımızın da burada özlərini əcnəbi kimi hiss etməməsini təmin eləməliyik və bu olduqca vacib addımlardan biridir", - deyə millət vəkili təkliflə çıxış etdi

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri