Icma.az
close
up
RU
Fazil Mustafadan bələdiyyə ilə bağlı təklif

Fazil Mustafadan bələdiyyə ilə bağlı təklif

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2025-ci ilin yanvar ayında bələdiyyə seçkiləri keçirildi. Nəticədə 682 bələdiyyə formalaşdı, lakin üç bələdiyyədə seçkilər hələ də etibarsız hesab olunur. Düşünürəm ki, bu məsələ yaxın zamanda həll edilməlidir ki, bütün bölgə və regionlarda bələdiyyə prosesi yekunlaşsın.

Gununsesi.info-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü plenar iclasında Fazil Mustafa deyib.

Deputat onu da bildirib ki, məruzədə qadınların payının 39 faiz, gənclərin isə 25 faiz təşkil etdiyi qeyd olunur. Əslində, bu məsələyə fərqli prizmadan baxmaq lazımdır. Vətəndaşlar üçün əsas məsələ bələdiyyədə nə qədər qadının və ya gəncin təmsil olunması deyil. Onlar müraciət etdikdə bələdiyyələrin hansı səlahiyyətlərə və hansı məsuliyyətə malik olduğunu, yerli problemlərin həllində real nəticə verib-vermədiyini düşünürlər.

“Təəssüf ki, bələdiyyələrin imkanları məhdud olduğuna görə bir çox hallarda bu müraciətlər müsbət cavablandırılmır və vətəndaşlar daha çox mərkəzləşdirilmiş qurumlara ümid etmək məcburiyyətində qalırlar ki, onlar heç olmasa yerli səviyyədə elementar problemlərin həllinə kömək göstərsinlər.
Konstitusiyamızın 144-cü maddəsində bələdiyyələrlə bağlı olduqca mühüm bir müddəa var: yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi. Hesab edirəm ki, bu sənəddə də həmin məsələyə xüsusi diqqət yetirilməlidir. Hansı bələdiyyələrdə yerli iqtisadi inkişaf proqramları qəbul edilib və icra olunub? Bu barədə demək olar ki, məlumat yoxdur. Məncə, bələdiyyələrin görməli olduğu ən əsas iş məhz bu sahədir və burada konkret göstəricilər, indeksləşmə mexanizmi son dərəcə vacibdir”.

Fazil Mustafa vurğulayıb ki, əvvəllər bələdiyyələrdən danışarkən icra hakimiyyətlərinin onlara təsiri, maneələri, bəzən də bələdiyyələrin səlahiyyətlərindən istifadə etməsi məsələləri qabardılırdı. Lakin indi faktiki olaraq icra hakimiyyətləri yerli problemlərin həllində bir sıra səlahiyyətlərdən məhrum edilib.

“Mən belə hesab edirəm ki, yerlərdə yeni idarəetmə modeli tam formalaşana qədər ya bələdiyyələrin statusu və imkanları genişləndirilməlidir, ya da yerli icra hakimiyyəti orqanlarına müəyyən əvvəlki səlahiyyətlər geri qaytarılmalıdır. Çünki mərkəzləşdirilmiş qurumlar bir çox hallarda yerlərdə vətəndaşı razı sala biləcək problemlərin operativ həllinə diqqət ayırmaqda çətinlik çəkirlər. Bu baxımdan bələdiyyələrin inkişafı müsbət qiymətləndirilməlidir”.

Deputat F. Mustafa böyük şəhər bələdiyyəsinin yaradılması təklifini də dəstəkləyib:

“Belə bir prinsip müəyyən edilə bilər ki, əgər hər hansı şəhərdə otuzdan artıq bələdiyyə fəaliyyət göstərirsə, həmin şəhər üzrə böyük şəhər bələdiyyəsinin yaradılması nəzərdə tutulsun. Çünki layihələrin icrası baxımından bu say nə həddindən artıq böyükdür, nə də səmərəsizdir. Kəndlərdə bu modeli tətbiq etmək çətin olsa da, heç olmasa Bakı üçün bunu təmin edə bilərik”.

“Qanunvericilikdə qəbiristanlıqların bələdiyyələrə verilməsi məsələsi müəyyən qədər həll olunduqda da bələdiyyələrin əksəriyyəti bunu üzərinə götürmək istəmədi. Səbəb isə sadə idi: onları saxlamaq üçün imkanları yox idi. Deməli, ilk növbədə imkanlar barədə düşünməliyik və bu imkanların artırılması üçün real mexanizmlər formalaşdırmalıyıq.
Məsələn, sənəddə göstərilir ki, 2025-ci ildə cəmi dörd yeni bələdiyyə müəssisəsi yaradılıb – Cəbrayılda və digər bəzi ərazilərdə. Bu, bələdiyyələr üçün olduqca minimal göstəricidir. Azərbaycan kimi böyük bir dövlətdə yerli özünüidarəetmə orqanlarının bir il ərzində cəmi dörd müəssisə yaratması qənaətbəxş sayıla bilməz. Halbuki bu göstərici onlarla, hətta yüzlərlə olmalıdır.

Əgər biz məşğulluqla bağlı problemlərin həllini istəyiriksə, mütləq şəkildə bələdiyyələrin bu imkanlarını genişləndirməliyik, onların qərarlarının və möhürlərinin hüquqi təsir gücünü artırmalıyıq. Bir vaxtlar baş vermiş kriminal hallara görə bütün bələdiyyələrin fəaliyyətini faktiki olaraq iflic vəziyyətində saxlamaq düzgün yanaşma deyil. Keçmişdə yol verilmiş pozuntulara görə bütün sistemin səlahiyyətsiz vəziyyətdə qalması uzunmüddətli həll yolu ola bilməz. Bu baxımdan hesab edirəm ki, səsləndirilən tövsiyələr nəzərə alınarsa, yerli özünüidarəetmənin keyfiyyətini gələcəkdə daha yüksək səviyyəyə qaldıra bilərik” – o, sonda qeyd edib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Fevral 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri