“Gürcüstan azərbaycanlılarının ana dili və ədəbiyyat tədrisi tələbi haqlıdır”
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gürcüstan azərbaycanlıları “Etnik azlıqların dili” fənninin təhsil proqramından çıxarılmasını və onun əvəzinə “Azərbaycan dili və ədəbiyyatı” fənninin daxil edilməsini istəyirlər. Məsələ ilə bağlı orada yaşayan azərbaycanlılar tərəfindən petisiya da keçirilib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elçin Süleymanov bildirdi ki, xalqların öz dilini və ədəbiyyatını öyrənməsi, bunun təhsil proqramı çərçivəsində həyata keçirilməsi onların hüququdur:
"Gürcüstanda kifayət qədər azərbaycanlı yaşayır, onların məktəbləri Azərbaycan dilində fəaliyyət göstərir və dərsliklərlə də Azərbaycan təmin edir. Öz dillərini və ədəbiyyatlarını öyrənmək onların təbii haqqıdır. Buna görə düşünürəm ki, Gürcüstan hökuməti bu istəyə müsbət yanaşmalıdır. Ümumiyyətlə, nəyisə öyrənmək və inkişaf etdirmək cəmiyyət üçün faydalı bir addımdır. Doğrudur, Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini də öyrənməli, imtahanlarda yüksək nəticə göstərərək Gürcüstanın dövlət və biznes qurumlarında özlərini daha yaxşı reallaşdırmalıdırlar. Amma eyni zamanda, milli kimliklərini qorumaq üçün dil və ədəbiyyat bilikləri onlara faydalı olar".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 21 Oktyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















