Gürcüstan azərbaycanlılarının haqlı tələbi: Etnik azlıqların dili ifadəsi Azərbaycan dilinin yerini tuta bilməz
Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
""Etnik azlıqların dili" ifadəsi Azərbaycan dilinin yerini tuta bilməz".
Bunu Redaktor.az-a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov Gürcüstan azərbaycanlılarının “Etnik azlıqların dili” fənninin təhsil proqramından çıxarılması və onun əvəzinə “Azərbaycan dili və ədəbiyyatı” fənninin daxil edilməsi tələbindən danışarkən bildirdi.

"Ona görə də Azərbaycan dili və ədəbiyyatı fənninin daxil edilməsi çox bəyənilən, alqışa və təqdirəlayiq haldır. Bu mənada, Gürcüstan hökumətinin müsbət qərarı olarsa, biz bunu sadəcə alqışlaya bilərik. Çünki bilirsiniz, hələ cənub qonşularımızda bu istiqamətdə bir addım atıla bilməyib, uğur əldə edilə bilməyib. Orada yaşayan azərbaycanlılar öz ana dillərində dərs ala bilmirlər. Gürcüstanda isə belə bir addımın atılması çox müsbət bir addım olar. Dəstəkləyirik, alqışlayırıq", - deyə o yekunlaşdırdı.
Nuriyyə NATİQQIZI


